ABŞ hərbi aviasiyası İrana aid qayıqları bombaladı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlər Hörmüz boğazı ərazisində İrana məxsus qayıqlara zərbə endiriblər.
Moderator.az xəbər verir ki, müvafiq informasiyanı ABŞ Silahlı Qüvvələrinin mətbuat mərkəzi açıqlayıb.
"Bu gün səhər saatlarında mülki dəniz nəqliyyatına təhlükə yaradan İranın kiçik həcmli su nəqliyyatı vasitələrini zərərsizləşdirmək üçün ABŞ ordusunun "Sea Hawk" və AH-64 "Apache" helikopterləri havaya qaldırılıb", - deyə ABŞ hərbi idarəsinin bəyanatında qeyd olunur.
Keçirilən hərbi əməliyyata ABŞ Hərbi Hava Qüvvələrinin F/A-18 "Super Hornet" və F-16 döyüş təyyarələri də cəlb olunub.
Xatırladaq ki, bir müddət öncə ABŞ hərbçilərinə Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid sahil obyektlərinə və qayıqlara zərbələr endirmək səlahiyyəti verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 May 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















