ABŞ Hərbi Dəniz Qüvvələri “Titanik”i axtarmaq adı ilə əməliyyat keçirirmiş CNN
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1985-ci ildə ABŞ hökuməti gizli hərbi sualtı qayıq əməliyyatını ört-basdır etmək üçün “Titanik” üçün axtarış təşkil edib.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, bu barədə kanala müsahibəsində axtarış ekspedisiyasının aparıcı tədqiqatçısı, okeanoqraf Robert Ballard bildirib.
Ballardın ekspedisiyası 1985-ci il sentyabrın 1-də “Titanik”in qalıqlarını aşkar edib. Alim etiraf edib ki, 1912-ci ildə batan gəmini axtarmaq üçün əvvəlcə maliyyə tapa bilməyib. Lakin Ballardın “Argo” adlı dərin dəniz görüntü sistemləri ABŞ Hərbi Dəniz Qüvvələrinin diqqətini cəlb edib və onun missiyası gizli hərbi əməliyyatın pərdəsinə çevrilib. Belə ki, hərbi dəniz qüvvələrinin məqsədi bu sistemdən o cümlədən iki sualtı qayığın batma səbəblərini öyrənmək və bununla bağlı kəşfiyyat məlumatları toplamaq üçün istifadə etmək olub.
Ballard qeyd edib ki, onun komandası “Titanik”i axtarmaqla yanaşı, batmış “Thresher” və “Scorpion” sualtı qayıqları haqqında da məlumat toplayıb.
"O vaxt insanların çoxu, "Titanik"in axtarışlarının hərbi kəşfiyyat zabiti kimi apardığım son dərəcə məxfi hərbi əməliyyatını gizlətmək məqsədi daşıdığını bilmirdilər. Biz SSRİ-nin sualtı qayığımızın harada olduğunu bilməsini istəmirdik", - deyə o qeyd edib.
Alim qeyd edib ki, “Scorpion”un qalıqlarının axtarılması ona “Titanik”in batdığı yeri müəyyənləşdirməyə kömək edib.
Bu mövzuda digər xəbərlər:ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela gəmisini məhv ediblər
03 Sentyabr 2025 05:45
Venesuela sahillərindəki ABŞ Hərbi Dəniz Qüvvələri kreyserlə gücləndirilib
01 Noyabr 2025 09:06
İsrail Hərbi Dəniz Qüvvələri Suriya hərbi donanmasını
10 Dekabr 2024 22:07
ABŞ gizli əməliyyatı SSRİ dən gizlətmək üçün “Titanik”i…
02 Sentyabr 2025 08:02
Baxış sayı:76
Bu xəbər 02 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















