ABŞ Hərbi Hava Qüvvələri “WindBorne Systems” şirkətinin məlumatlarını alacaq
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Hərbi Hava Qüvvələri “WindBorne Systems” şirkətinin məlumatlarını alacaq.
Banco.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri “WindBorne Systems” startapının avtonom meteoroloji şarlardan ibarət donanmasının topladığı məlumatları satın alacaq.
Hazırda “WindBorne Systems” şirkətinin dünya üzrə uçuşlar həyata keçirən və atmosfer sensorları vasitəsilə məlumat toplayan təxminən 700 meteoroloji şarı var. Şirkət bu məlumatları həm müştərilərə satır, həm də süni intellektə əsaslanan hava proqnozu modelində istifadə edir. 2015-ci ildə yaradılan və ABŞ-ın Kaliforniya ştatının Redvud-Siti şəhərində yerləşən “WindBorne Systems” empirik məlumatları birbaşa dərin öyrənmə texnologiyasına əsaslanan hava proqnozu modelinə daxil edən ilk qurumlardan biridir.
Şirkət ABŞ hökuməti, xüsusilə Milli Hava Xidməti, eləcə də ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edib. Bununla belə, yeni müqavilə şirkətin indiyədək iştirak etdiyi ən böyük həcmli müqavilə hesab olunur.
Müqavilənin dəyəri 50 milyon dollara çata bilər. Lakin Hərbi Hava Qüvvələri yalnız məlumatlara ehtiyac yarandıqca ödəniş edəcək. Qurum müəyyən ərazilər və vaxt aralıqları üzrə məlumat sifariş edə biləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Oktyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















