ABŞ hərbi qüvvələrini Yaxın Şərqə toplayır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Yaxın Şərqə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Zərbə qrupu hazırda regional sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə Yaxın Şərqdə yerləşdirilib", - deyə CENTCOM-un paylaşımında bildirilir.
Bununla yanaşı, "Flightradar24" və "ADS-B Exchange"in məlumatlarına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17A Globemaster III" hərbi nəqliyyat təyyarələri Texasdakı Robert Qrey aerodromundan Yaxın Şərqə yük daşıyır.
Məlumatlara görə, ABŞ hərbi nəqliyyat təyyarələri son 48 saat ərzində altı uçuş həyata keçiriblər. İddialar görə, onlar hava hücumundan müdafiə vasitələri daşıyırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Yanvar 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















