Icma.az
close
up
RU
ABŞ Hindistandan Rusiya neftinin idxalını dayandırmağı tələb edir

ABŞ Hindistandan Rusiya neftinin idxalını dayandırmağı tələb edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Ağ Evin ticarət müşaviri Peter Navarro Hindistanın Rusiya xam neftini satın almasının Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirdiyini bildirib. O, Yeni Dehlinin bu ixracı dayandırmaq məcburiyyətində olduğunu deyib və əlavə edib ki, Hindistan “indi həm Rusiya, həm də Çinlə razılaşır”.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Navarro “Financial Times” qəzetində dərc olunan rəy yazısında qeyd edib: “Hindistan ABŞ-ın strateji tərəfdaşı kimi davranmaq istəyirsə, adekvat fəaliyyət göstərməyə başlamalıdır”.

Hindistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Vaşinqtonun bu tələbləri əsassızdır, çünki ABŞ və Avropa İttifaqı da Rusiyadan mal satın almağa davam edir.

ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumu tətbiq edib və Yeni Dehlinin Rusiya neftini satın almağa davam etməsini əsas gətirərək, Hindistandan idxala ümumi tarifləri 50 faizə çatdırıb.

“Hindistan Rusiya nefti üçün qlobal klirinq mərkəzi rolunu oynayır, embarqoya qoyulmuş xam nefti yüksək dəyərli ixracata çevirir, eyni zamanda Moskvaya lazım olan dolları verir”, - deyə Navarro bildirib. Müşavir, həmçinin qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi imkanlarını Hindistanla paylaşmaq risklidir, çünki Yeni Dehli “indi həm Rusiya, həm də Çinlə razılaşır”.

Əzəli rəqiblər olan Çin və Hindistan Trampın hər ikisinə qarşı gözlənilməz yanaşması fonunda sakitcə və ehtiyatla əlaqələri gücləndirir. Hindistanın Baş naziri Narendra Modi avqustun sonunda Çinin Sədri S Cinpin ilə görüşəcək, Çinin xarici işlər naziri Van Yi isə iki ölkə arasında sərhəd mübahisəsi ilə bağlı danışıqlar aparmaq üçün avqustun 18-də Hindistana səfər edir.

Diplomatik mənbə bildirib ki, ABŞ-Hindistan ticarət sazişi danışıqları gecikir və avqustun 27-dən etibarən Donald Trampın əlavə rüsumlarından azad olmaq ümidləri puça çıxır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri