ABŞ hipersəs sürətli “elektromaqnit topu”nu yenidən sınaqdan keçirir
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, sınaqlar ABŞ-ın "White Sands Missile Range" poliqonunda, Yeni Meksiko ştatında keçirilir.
Bu silahın əsas xüsusiyyəti ondan ibarətdir ki, ənənəvi barıt və ya kimyəvi yanacaq əvəzinə elektrik enerjisindən istifadə olunur. Sistem güclü maqnit sahəsi yaradır və metal mərmini iki paralel keçirici rels boyunca sürətləndirir. Lorentz force təsiri nəticəsində mərmi 7 Maxdan artıq sürətə çata bilir.
Belə yüksək sürət zamanı hədəfin məhv edilməsi yalnız zərbənin kinetik enerjisi hesabına baş verir. Buna görə də mərminin partlayıcı başlığa ehtiyacı olmur. Bu texnologiya 100 dəniz milindən artıq məsafədə yerləşən hədəfləri – gəmiləri, təyyarələri və hətta ballistik raketləri vurmağa imkan verir.
Ekspertlərin sözlərinə görə, layihəyə marağın yenidən artması müasir silahların bahalığı ilə bağlıdır. Ənənəvi idarə olunan raket-tutucuların hər biri milyonlarla dollar dəyərindədir və hərbi gəmilərdə xeyli yer tutur. Elektromaqnit mərmiləri isə nisbətən sadə metal elementlərdən ibarətdir, onların istehsalı daha ucuz, saxlanması isə daha təhlükəsizdir.
Bundan əlavə, belə sistemlə təchiz olunan gəmi döyüş sursatının sayını əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn, gəmidə bir onlarla raket əvəzinə yüzlərlə elektromaqnit mərmisi yerləşdirmək mümkündür. Bu isə xüsusilə düşmənin eyni vaxtda çoxlu sayda ucuz sursat buraxaraq hava hücumundan müdafiə sistemlərini yükləməyə çalışdığı kütləvi hücumların qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər hesab edirlər ki, sınaqların yenidən başlanması ABŞ-ın yeni silah növlərini inkişaf etdirmək və digər ölkələrin artan hərbi potensialı fonunda texnoloji üstünlüyünü qorumaq niyyətindən xəbər verir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 16 Mart 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















