ABŞ Hizbullahla bağlı məlumat üçün 10 milyon dollar mükafat təklif etdi
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
ABŞ Dövlət Departamenti Hizbullah və SEPAH-ın Qüds Qüvvələrinə bağlı yüksək rütbəli şəxs – Talaqi Group şirkətinin rəhbərlərindən Əli Qasir haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.
Qasir neft, polad və digər qanunsuz malların satışı ilə əldə olunan gəlirləri Hizbullah və Qüds Qüvvələrinin maliyyələşdirilməsinə yönəltməkdə, həmçinin iki qurum arasında maliyyə əlaqələrini koordinasiya etməkdə ittiham olunur.
Dövlət Departamenti bildirib ki, Qasir və onun şəbəkəsi barədə məlumat verənlər mükafata layiq görülə və təhlükəsizliyinin təmin edilməsi üçün başqa ölkəyə köçürülə bilər.
Vaşinqtonun terror təşkilatı kimi tanıdığı Hizbullah ABŞ-ın çoxsaylı sanksiyalarına məruz qalıb.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















