ABŞ hökuməti diplomatlarına Səudiyyə Ərəbistanını dərhal tərk etməyi əmr edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanında xidmət edən amerikalı diplomatlara ölkəni tərk etməklə bağlı tapşırıq verilib.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” qəzeti məlumat yayıb.
"Dövlət Departamentinin bu addımı ABŞ rəsmilərinin regionda artan riskləri dərk etdiyini göstərir. Bu, ABŞ və İsrail arasında İrana qarşı 28 fevral müharibəsindən bəri ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından işçilərin məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya əmr edir", - qəzet yazır.
Məlumata görə, Dövlət Departamentinin əmri təkcə Ər-Riyaddakı ABŞ hökumət işçilərinə deyil, həm də ABŞ konsulluqlarının yerləşdiyi iki şəhər olan Ciddə və Dəhran şəhərlərinə də şamil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 09 Mart 2026 03:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















