ABŞ hökumətinə məsləhətimiz daha çox rüsvayçılıqdan qaçmaqdır İran rəsmisindən ABŞ yə ÇAĞIRIŞ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Parlamentinin birinci müavini Əli Nikzad ABŞ-ni Yaxın Şərqdəki hərbi mövcudluğuna son qoymağa və bölgəni tərk etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, IRNA-nın məlumatına görə, Nikzad ABŞ hökumətinə müraciət edərək daha çox “rüsvayçılıqdan qaçmağı” və Yaxın Şərq, eləcə də Fars körfəzi bölgəsini mümkün qədər tez tərk etməyi tövsiyə edib.
“ABŞ hökumətinə məsləhətimiz daha çox rüsvayçılıqdan qaçmaq və Yaxın Şərqi, həmçinin Fars körfəzi bölgəsini mümkün qədər tez tərk etməkdir”, – deyə o bildirib.
Nikzad əlavə edib ki, ABŞ hərbi gəmilərinə və hərbi obyektlərinə endirilən zərbələr İranın hərbi imkanlarının yalnız bir hissəsini nümayiş etdirir.
Onun sözlərinə görə, İranın imkanları bundan daha genişdir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















