ABŞ hökumətinin Cisco sistemlərinə kiberhücum oldu Bloomberg
Icma.az, Bakupost saytına istinadən bildirir.
Hakerlər ABŞ-nin dövlət strukturlarında istifadə olunan Cisco şirkətinin proqram təminatı ilə işləyən cihazlara hücum ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Agentliyinin (CISA) nümayəndəsi Kris Buteraya istinadən məlumat yayıb.
Buteranın bildirdiyinə görə, hücum ABŞ-nin mühüm infrastrukturlarına təsir edib, lakin o, təhlükənin genişmiqyaslı olduğunu qeyd edərək təfərrüatları açıqlamayıb.
Agentlik qeyd edir ki, oxşar hücumları əvvəllər də 2024-cü ildən fəaliyyət göstərən “ArcaneDoor” adlı haker qrupu həyata keçirib. 2025-ci ilin may ayında bir sıra ABŞ dövlət qurumları sistemlərinə edilən kiberhücumların araşdırılması üçün Cisco şirkətini cəlb edib.
Bakupost.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















