ABŞ husilərə kömək etdiklərinə görə onlara sanksiya tətbiq edib
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, sanksiyalar üç gəmiyə və onların sahiblərinə İran tərəfindən dəstəklənən husilərin nəzarətindəki limana neft məhsulları tədarük edilməsi ilə onlara kömək göstərildiyinə görə tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) saytında yazılıb ki, məhdudiyyətlər Mavrikidə qeydiyyatdan keçmiş “Bagsak Shipping”, eləcə də Livanda qeydiyyatdan keçmiş “Great Success Shipping” və “Zaas Shipping & Trading” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına həmçinin Panama və San Marino bayraqları altında üzən tankerlər də daxil edilib.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıdakı subyektlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Aprel 2025 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















