ABŞ ictimai rəyi dəyişir: İsrailə dəstək azalır, tənqid artır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da keçirilən sorğu amerikalıların 59 faizinin İsrailə mənfi münasibət bəslədiyini, 39 faizi isə “İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarında həddi aşdığına” inandığını göstərib.
Turkustan.az xəbər verir ki, “Pew Research Company” amerikalıların “İsrail və HƏMAS arasındakı münaqişə” ilə bağlı fikirlərini öyrənmək üçün sorğu keçirib.
Sentyabrın 22-dən 28-dək 3445 nəfər arasında keçirilən sorğuya əsasən, respondentlərin 59 faizi İsrailə mənfi münasibət bəslədiyini bildirib. 2024-cü ilin əvvəlində bu rəqəmin 51 faiz ətrafında olduğu qeyd edilib.
Sorğuda iştirak edənlərin yüzdə 39-u "İsrail HƏMAS-a qarşı hərbi əməliyyatlarda həddindən artıq irəli getdi" fikrini ifadə edərkən, bu nisbətin 2023-cü ildə yüzdə 27, 2024-cü ildə isə yüzdə 31 civarında olduğuna da diqqət çəkilib.
Eyni suala iştirakçıların 10 faizi İsrailin yetərincə uzağa getmədiyini, 16 faizi İsrailin düzgün yanaşma tutduğunu, 33 faizi isə “əmin olmadığını” bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Oktyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















