“ABŞ ilə nüvə danışıqlarının uğurlu olacağını düşünmürəm”
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
“ABŞ ilə nüvə danışıqlarının yaxşı nəticə verəcəyini düşünmürəm”.
Missiya.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
O bildirib ki, dolayı danışıqlarda iştirak edən Amerika tərəfi cəfəng açıqlamalar verməkdən çəkinməlidir.
"Biz İrana uranı zənginləşdirməyə icazə verməyəcəyik kimi fikirlər söyləmək cəfəngiyyatdır. İranda heç kim başqalarının icazəsini gözləmir. İslam Respublikasının öz siyasəti və metodları var və onları müstəqil şəkildə həyata keçirəcək", - deyə Xamenei vurğulayıb.
O qeyd edib ki, başqa bir münasib vaxtda mən İran xalqına niyə amerikalılar və onların Qərb müttəfiqlərinin İranda uranın zənginləşdirilməsini dayandırmaqda bu qədər israrlı olduqlarını izah edəcəyəm və onların əsl niyyətlərinin nə olduğunu açıqlayacağam.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















