ABŞ ilə Rusiya arasında heç bir razılaşma olmayıb
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ dövlət katibi Marko Rubio Moskvanın Ankoricdə əldə edilmiş razılaşmaların Vaşinqton tərəfindən pozulduğu barədə iddialarını şərh edib.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ dövlət katibi Bəhreyndə jurnalistlərə açıqlamasında deyib ki, Alyaskada ABŞ və Rusiya arasında hər hansı razılaşma imzalanmayıb.
“Təklif Alyaskada irəli sürülmüşdü. Amma o heç vaxt razılaşmaya çevrilmədi”, – Rubio bildirib.
Rubio isə qeyd edib ki, Rusiya Donbas ərazisinin tam nəzarətə verilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürüb, lakin tərəflər arasında yekun razılıq əldə olunmayıb.
“Rusiya Donbasın bütün ərazisinin ona verilməsini istəyirdi, həmçinin başqa məsələlər qaldırıb. Lakin heç bir razılaşma olmayıb. Əgər belə bir razılaşma olsaydı, müharibə artıq başa çatmış olardı”, – ABŞ dövlət katibi vurğulayıb.
Rubio əlavə edib ki, ABŞ Ukraynada müharibənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazır olaraq qalır.
Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 23-də “Primakov qiraətləri” forumunda çıxışı zamanı Vaşinqtonun Ankoricdə Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalardan geri çəkildiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















