ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-ın Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizin iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.
Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















