ABŞ ilk dəfə olaraq İranla nüvə proqramı üzrə dialoqun bərpasına icazə verib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Entoni Blinken ilk dəfə olaraq İranla nüvə proqramı üzrə dialoqun bərpasına icazə verib.
APA xəbər verir ki, bu barədə o, Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.
Onun fikrincə, danışıqların bərpası perspektivi var. Bununla belə, Blinken vurğulayıb ki, hər şey İranın nəyi seçməsindən və bu prosesdə iştirak etmək qərarına gəlməsindən asılıdır.
Dövlət Departamentinin rəhbəri onu da qeyd edib ki, bu məsələ ilə bağlı gələcək qərarlar və Tehranla qarşılıqlı fəaliyyət ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi gələcək administrasiya tərəfindən veriləcək.
Qeyd edək ki, noyabrda İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı üzrə 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqların bərpa olunduğunu elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Dekabr 2024 03:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















