Icma.az
close
up
RU
“ABŞ ın başı qarışıb, Ukrayna tək qalıb” KONKRET

“ABŞ ın başı qarışıb, Ukrayna tək qalıb” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“ABŞ-İsrail və İran arasında baş verən hərbi qarşıdurma birbaşa olmasa da, Rusiya–Ukrayna müharibəsinin gedişatına dolayı təsirlər göstərir. Məlumdur ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Ukraynanın əsas dəstəkçilərindən biri ABŞ olub. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bu siyasətdə müəyyən dəyişikliklər müşahidə olunmağa başladı. ABŞ daha çox öz milli maraqlarını ön plana çəkərək Ukraynaya göstərilən dəstəkdə şərtlər irəli sürməyə, bəzi hallarda isə silah yardımı və digər dəstək formalarını məhdudlaşdırmağa çalışdı”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Hazırkı vəziyyətdə ABŞ-ın eyni vaxtda iki böyük münaqişəni tam gücü ilə idarə etmək istəməməsi və diqqətini daha çox İranla bağlı məsələlərə yönəltməsi Ukraynaya təsirsiz ötüşmür. Bu, xüsusilə hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər kimi strateji əhəmiyyətli silahların tədarükünün azalması ilə nəticələnə bilər. Belə bir vəziyyət Ukraynanın Rusiyanın raket və dron hücumlarına qarşı müdafiəsini zəiflədəcək”.

E.Səftərov qeyd ki, bununla yanaşı, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarına təsir göstərərək neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olur.

“Bu isə Rusiya üçün əlavə gəlir deməkdir və müharibənin maliyyələşdirilməsini asanlaşdırır. Eyni zamanda, Ukrayna və Avropa ölkələri üçün enerji qiymətlərinin artması inflyasiyanı gücləndirir, iqtisadi çətinliklər yaradır və sosial narazılıqları artırır. Bütün proseslər qlobal siyasi və hərbi balansın dəyişməsinə gətirib çıxarır.

Bu fonda Ukrayna üzrə sülh danışıqları və diplomatik təşəbbüslər arxa plana keçir, yeni strateji yanaşmaların formalaşmasına zəmin yaranır.

Bundan əlavə, ABŞ Avropa müttəfiqlərini İran məsələsində daha aktiv mövqe tutmağa cəlb etməyə çalışsa da, vahid qərar mexanizminin olmaması bu prosesi çətinləşdirir. Bu isə ABŞ-ın diqqətinin Ukraynadan yayınmasına səbəb olur”.

Ekspert vurğulayır ki, həmçinin Rusiya İran məsələsində daha ehtiyatlı və nisbətən neytral mövqe nümayiş etdirir, əsasən siyasi bəyanatlarla kifayətlənir və birbaşa müdaxilədən çəkinir.

“Bu vəziyyət müəyyən mənada ABŞ və Rusiya arasında qeyri-rəsmi balansın formalaşmasına gətirib çıxarır. Belə ki, ABŞ Ukrayna münaqişəsində daha məhdud iştirak edir, Rusiya isə İranla bağlı qarşıdurmaya birbaşa qoşulmur”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Mart 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri