ABŞ ın BMT qurumlarından çıxmaq qərarına Quterreşin cavabı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş Ağ Evin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı ilə bağlı açıqlamasından təəssüfləndiyini bildirib.
Axar.az xəbər verir ki, bununla bağlı bəyanatda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilən müntəzəm büdcəyə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMT Nizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün hüquqi öhdəlikdir.
“BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilən mandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılı olanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızı qətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Ağ Ev ABŞ-ın digər təşkilatlarla yanaşı, BMT-nin 31 qurumundan çıxdığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Yanvar 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















