ABŞ ın hücumu halında Moskva İrana kömək etməyə borclu deyil
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiya ABŞ-ın hücumu zamanı İrana kömək etməyə məcbur deyil. Oxuməni.az “TASS”-a istinadən xəbər verir.
“Belə bir ssenari baş verərsə, Rusiya hərbi yardım göstərməyə borclu deyil” deyən diplomat İran və Rusiyanın imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin hərbi ittifaq haqqında razılaşma olmadığını vurğulayıb.
Diplomatın fikrincə, İran və ABŞ arasında hərbi münaqişənin başlaması Yaxın Şərq regionu üçün dəhşətlə nəticələnən təhlükə yaradacaq. “Biz istəməzdik ki, Rusiya daha bir münaqişənin həllinə cəlb olunsun: “Bununla belə, belə imkanlar mövcuddur”, - Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qeyd edib.
Qeyd edək ki, bu gün Dövlət Duması Rusiya Federasiyası ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















