ABŞ ın iki strateji bombardmançı təyyarəsi Britaniyadan İrana yola düşüb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-yə məxsus iki ədəd “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Böyük Britaniyadakı Fairford Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq İran istiqamətində missiya yerinə yetirmək üçün yola düşüb.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, təyyarələr 900 kilometrədək mənzilli 24 ədəd “AGM-158 JASSM-ER” qanadlı raketlə təchiz olunub. Bu isə İran ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı gecə zərbələrinin hazırlana biləcəyini göstərir.
Cümə axşamı günü daha əvvəl iki ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi də Fairford Hərbi Hava Qüvvələri bazasından İran istiqamətində yola düşüb. “Flightradar24” onların İsrail, İordaniya və Körfəzdə Səudiyyə Ərəbistanı sahilləri üzərində uçuşlarını qeydə alıb.
Hər bir B-1B təyyarəsi 20 kilometrədək mənzilli 24 ədəd GBU-31 Birgə Hücum Bombası daşıya bilir. Bu sursatlar İranın mühüm hədəflərinə, xüsusilə möhkəmləndirilmiş ballistik raketlərin yerləşdirilməsi, saxlanması və istehsal sahələrinə qarşı istifadə oluna bilər.
Qeyd edilib ki, hərbi əməliyyatların başlanğıcından etibarən ABŞ-ın strateji bombardmançı təyyarələri İran hədəflərinə artıq 22 reyd həyata keçirib.
Hazırda Fairford Hərbi Hava Qüvvələri bazasında 12 ədəd “B-1B Lancer” və 6 ədəd “B-52H Stratofortress” olmaqla ümumilikdə 18 Amerika ağır bombardmançı təyyarəsi yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Mart 2026 06:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















