ABŞ ın imperialist ambisiyalarını yalnız bu ölkə dayandıra bilər Dudaqov
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyalı siyasi ekspert Malek Dudaqov bildirib ki, ABŞ Prezidenti Donald Tramp uzaq konfliktləri ordusuz həll edə bilmədiyini artıq anlayıb. Bu tendensiya Azərbaycan və Ermənistan arasındakı münasibətlərin, eləcə də Trampın “Qrenlandiya planı”nın nəticələrində də görünə bilər.
Globalinfo.az xəbərinə görə, Dudaqov vurğulayır ki, Tramp 2026-cı ildə geosiyasi qələbələrini nümayiş etdirmək istəyir.
Qrenlandiya onun üçün simvolik önəm daşıyır və ABŞ-ın hərbi mövcudluğunu gücləndirməyə imkan yaradır. Lakin Avropa və yerli əhali buna etiraz edir, ABŞ daxilində də fikir ayrılığı var.
Ekspert qeyd edir ki, ABŞ-Avropa münasibətlərində gərginlik davam edir və Trampın Qrenlandiya ambisiyası yalnız referendum və ya “Krım ssenarisi” ilə həll oluna bilər.
Ən əsas məqam isə budur ki, ABŞ-ın imperial ambisiyalarına qarşı tarazlıq yaratmaq yalnız Rusiyanın imkanı daxilindədir. Avropa buna görə Rusiya ilə münasibətləri normallaşdırmaq məcburiyyətində qalacaq. Dudaqov eyni tendensiyanı Vaşinqton-Moskva münasibətlərində də görür. O hesab edir ki, Tramp uzaq regionlara qoşun göndərməkdən çəkinəcək və Cənubi Qafqazda təhlükəsizliyi yalnız özəl hərbi şirkətlərinin köməyi ilə təmin etmək real deyil.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Yanvar 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















