ABŞ ın Kiyevdəki səfirliyi ölkəni tərk etdiyini təkzib edib
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir. Diplomatik missiya Avropa İttifaqı diplomatı Kaya Kallasın amerikalı diplomatların getməsi ilə bağlı məlumatlarını təkzib edib. Lakin səfirlik ABŞ vətəndaşlarının Ukraynaya səyahət etməmələri barədə xatırlatma yayıb.
Oxuməni.az xəbər verir ki, səfirlik X sosial media platformasında yayımlanan mətbuat açıqlamasında bildirib: "Əməliyyatlarımızda heç bir dəyişiklik yoxdur və əksinə olan hər hansı bir məlumat yalandır. Dövlət Departamenti amerikalıların təhlükəsizliyinə üstünlük verir və Kiyevdəki səfirliyin təhlükəsizlik vəziyyətini müntəzəm olaraq nəzərdən keçirir".
Xatırladaq ki, əvvəl Kallas bildirib ki, bütün AB səfirlikləri Kiyevdə qalır, ABŞ səfirliyinin əməkdaşları isə oranı tərk edib. 25 mayda Rusiya Xarici İşlər Nazirliyi Rusiya ordusunun Kiyevdəki müdafiə sənayesi obyektlərinə zərbə endirməyə başladığını açıqlayıb. Nazirlik diplomatlar da daxil olmaqla, əcnəbiləri Kiyevi "mümkün qədər tez" tərk etməyə çağırıb. AB bu çağırışa diplomatik heyətini təxliyə etməkdən imtina etməklə cavab verib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 28 May 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















