ABŞ ın müdafiə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın müdafiə naziri Pit Heqset ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin aparıcı üzvü Adam Smit arasında Konqresdə keçirilən dinləmələrdə İranla müharibə ilə bağlı gərgin müzakirə aparılıb.
APA xəbər verir ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən Heqset 2025-ci ildə ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini bildirib.
Buna cavab olaraq Adam Smit administrasiyanın müharibəyə başlama səbəblərini sual altına alıb. Onun sözlərinə görə, iki ay əvvəl İranın nüvə silahının "təcili təhlükə" olduğu əsas gətirilərək müharibəyə başlanıb: “İndi isə deyirsiniz ki, bu obyektlər tamamilə məhv edilib?”
Heqset cavabında bildirib ki, İran nüvə ambisiyalarından imtina etməyib və hələ də minlərlə raketə malikdir. Smit isə müharibənin ölkəni əvvəlki vəziyyətə qaytardığını qeyd edib.
Nazir çıxışında demokratları və bəzi respublikaçıları ABŞ hərbi əməliyyatları üçün əsas problemlərdən biri adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 Aprel 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















