ABŞ ın neft embarqosu Kubada otellərin bağlanmasına səbəb olur
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın neft embarqosu Kubada otellərin bağlanmasına səbəb olur.
Banco.az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərə görə, Kuba hakimiyyəti yanacaq çatışmazlığını əsas gətirərək bəzi otelləri bağlayıb və turistləri digər müəssisələrə yönləndirib.
Kuba Baş Nazirinin müavini Oskar Perez-Olivia dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, enerji istehlakını azaltmaq, turizm obyektlərini daha səmərəli istifadə etmək və davam edən turizm mövsümündən maksimum yararlanmaq məqsədilə bir plan hazırlanıb.
O, xüsusi şirkətlərin öz yanacaqlarını idxal etməsi üçün prosedurların sadələşdiriləcəyini, bəzi bankların iş saatlarının yenidən tənzimlənəcəyini və Havanada keçiriləcək Beynəlxalq Kitab Sərgisi kimi mədəni tədbirlərin isə növbəti elanadək təxirə salındığını vurğulayıb.
Nəqliyyat naziri Eduardo Rodrigez isə açıqlamasında daxili və beynəlxalq uçuşların davam edəcəyini, hava limanları və limanların fəaliyyətini sürdüreceyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 08 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















