Icma.az
close
up
RU
ABŞ ın neft tankerini ələ keçirməsi beynəlxalq piratlıq aktıdır Venesuela XİN

ABŞ ın neft tankerini ələ keçirməsi beynəlxalq piratlıq aktıdır Venesuela XİN

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Venesuela, ABŞ tərəfindən Karib dənizində neft tankerinin ələ keçirilməsini beynəlxalq piratlıq aktı kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri İvan Xil Pintanın Telegram kanalında yayımlanan bəyanatda bildirilir.

“Bolivar Respublikasının Venesuela hökuməti Karib dənizində neft tankerinə hücumu etiraf edən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın bəyan etdiyi açıq talanı və beynəlxalq piratlıq aktını qətiyyətlə pisləyir və tamamilə rədd edir”, – deyə XİN-in açıqlamasında qeyd olunur. Nazirlik xatırladıb ki, indiki Ağ Ev rəhbərinin hələ 2024-cü il seçki kampaniyası zamanı Venesuela neftini heç bir kompensasiya olmadan ələ keçirməyin onun məqsədi olduğunu açıq şəkildə etiraf etdiyi, ölkəyə qarşı aqressiv siyasətin isə Venesuelanın enerji sərvətlərinin mənimsənilməsinə yönəlmiş planın tərkib hissəsi olduğunu bildirdiyi dəfələrlə səslənib.

Bəyanatda vurğulanır ki, tankerə nəzarətin zorla ələ keçirilməsi, ABŞ-ın saxtakarlıqla həyata keçirdiyi məhkəmə mexanizmləri vasitəsilə Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA-nın ABŞ-dakı filialı olan "Citgo"nun mənimsənilməsindən sonra törədilən yeni cinayətkar addımdır. XİN bildirib ki, ABŞ-ın bu addımı “Venesuelaya qarşı uzunmüddətli təcavüzün əsl səbəblərini” bir daha təsdiqləyir. “Bu səbəblər nə miqrasiya, nə narkotik qaçaqmalçılığı, nə demokratiya, nə də insan haqları ilə bağlıdır; məsələ yalnız Venesuela xalqına məxsus təbii resursların, enerji sərvətlərinin və neftin ələ keçirilməsidir”, - deyə qeyd edilir.

Sənəddə həmçinin ABŞ və Avropa ölkələrində Qərbin imperialist sui-istifadələrinə qarşı keçirilən çoxsaylı etirazlar, eləcə də Venesuela küçələrində “xalqın sülhü qətiyyətlə müdafiə etməsi” barədə məlumat verilir.

XİN Venesuela xalqını “Vətənini qorumaqda möhkəm olmağa”, beynəlxalq ictimaiyyəti isə “vandal, qanunsuz və misilsiz təcavüzü – təzyiq və talan aləti kimi qanuniləşdirmə cəhdlərini – rədd etməyə” çağırıb.

Vaşinqton, heç bir sübut təqdim etmədən Karakası narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə “Gerald R. Ford” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunu, atom sualtı qayığını və 16 mindən çox hərbçini yerləşdirib. Sentyabrdan bəri ABŞ Silahlı Qüvvələri bölgədə ən azı 20 sürətli qayıq batırıb, nəticədə 80-dən çox insan həlak olub.

Amerika KİV-ləri dəfələrlə xəbər verib ki, ABŞ yaxın vaxtlarda Venesuela ərazisinə zərbələr endirməyə başlaya bilər. 27 noyabrda Tramp bəyan etmişdi ki, Vaşinqton “çox tezliklə quru ərazidə” Venesueladan gələn narkotik axınına qarşı mübarizəyə başlayacaq, lakin mümkün hərbi əməliyyatlar barədə təfərrüat açıqlamamışdı. 10 dekabrda isə o təsdiqləyib ki, ABŞ silahlı qüvvələri narkokartellərlə mübarizə məqsədilə Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri