Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

ABŞ ın nüvə sınaqlarını bərpa etməsi çətin olacaq Problem nədir?

ABŞ ın nüvə sınaqlarını bərpa etməsi çətin olacaq Problem nədir?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə sınaqlarını dərhal bərpa etməyi əmr edib. Bu addım artıq otuz ildir mövcud olan qlobal tabu qaydasını poza bilər. Bu qərar ekspertlər arasında narahatlıq və çaşqınlıq yaradıb. Onların fikrincə, fiziki sınaqlar artıq köhnəlib və yalnız silahlanma yarışını sürətləndirəcək. Bununla belə, Trampın qərarı onun administrasiyasında geniş yayılmış bir arqumentə əsaslanır: sınaqlar, son illərdə nüvə proqramlarını modernləşdirən Rusiya, Çin və Şimali Koreya kimi ölkələrdən artan təhdidə qarşı durmaq üçün vacibdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazır.

Sınaqların bərpasının tərəfdarlarının fikrincə, ABŞ ən azı belə sınaqlara hazır olmalıdır ki, əgər rəqibləri onları başlatsa, cavab verə bilsin.

"Biz 50 il əvvəlki eyni nüvə arsenalı ilə yerimizdə sayırıq. Pekin, Moskva və Pxenyanın avtokratlarının bizi qorxutmadığını göstərməliyik”, – deyə Heritage adlı mühafizəkar fondun nüvə silahları üzrə tədqiqatçısı Robert Piters bildirib.

Tramp "Hərbi Departamentə” sınaqları bərpa etməyi tapşırdığını desə də, əslində bu işlə Pentaqon deyil, Energetika Nazirliyi nəzdindəki Nüvə Təhlükəsizliyi üzrə Milli İdarə (NNSA) məşğul olacaq. Bu qurum ABŞ-ın sonuncu dəfə 1992-ci ilin sentyabrında Reynir dağının altında nüvə partlayışı keçirdiyi Nevada ştatındakı sınaq poliqonuna nəzarət edir. Poliqon Las-Veqasdan təxminən 105 km şimal-qərbdə yerləşir.

Sınaqlar Corc Buş-ata dövründə dayandırılmış və daha sonra 1996-cı ildə qəbul edilən Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Haqqında Beynəlxalq Müqavilə ilə rəsmi şəkildə qadağan olunmuşdu. Bu müqavilə hər cür nüvə partlayışını yasaqlayır. ABŞ müqaviləni ratifikasiya etməyib, Rusiya isə onu 2023-cü ildə ləğv edib.

ABŞ-ın nüvə sınaqlarını bərpa etməsinin əsas problemləri

Keçmiş poliqon işçiləri bildirirlər ki, sınaqlara qayıtmaq həm bahalı, həm də texniki cəhətdən çətin olacaq — çünki belə işlərin aparılması təcrübəsi artıq itirilib. Müasir nüvə tədqiqatları əsasən kompüter modelləşdirilməsinə və "subkritik” sınaqlara əsaslanır, yəni proses partlayışa qədər aparılmır.

Nüvə sınaqlarında iştirak etmiş keçmiş federal məmur Pol Dikman qeyd edir ki, proqramın bərpasında əsas problem kadr çatışmazlığıdır. Onun sözlərinə görə, o dövrdə sınaqları aparan mütəxəssislər kabinetdə oturan nəzəriyyəçilər yox, real təcrübəsi olan mühəndislər idi. İndi isə belə mütəxəssislər demək olar ki, qalmayıb.

Poliqon infrastrukturu da bərpa tələb edir: şahidlərin dediyinə görə, qazma avadanlıqları "pas içində çuxura” çevrilib. Üstəlik, NNSA-nın bir çox əməkdaşı İlon Maskın U.S. DOGE Service təşəbbüsü çərçivəsində ixtisar olunub və ya hökumət işinin dayandırılması səbəbindən məzuniyyətdədir.

"Bunlar elə insanlardır ki, silahları yaradır, materialları zənginləşdirir və ehtiyat sınaqlarını həyata keçirirlər”, – deyə Nevada ştatının konqres üzvü Dina Titas bildirib. O, yeni sınaqların maliyyələşdirilməsini qadağan edən qanun layihəsini təqdim etməyi planlaşdırır.

Məlumatlara görə, sınaqların bərpası bir neçə il çəkə bilər, baxmayaraq ki, bəzi mənbələr sadə bir testin yarım il ərzində həyata keçirilə biləcəyini iddia edir. Hətta belə sınaq da təxminən 100 milyon dollara başa gələcək. Pitersin fikrincə, bir neçə il gözləmək "yolverilməzdir”. Buna görə də Tramp yerüstü sınaqlar keçirmək qərarı verə bilər. Halbuki ABŞ 1962-ci ildən bəri atmosferdə nüvə sınağı aparmayıb.

Belə sınaqlar 1963-cü ildə qəbul edilən Nüvə Sınaqlarının Qismən Qadağan Edilməsi Müqaviləsi ilə, eləcə də sualtı və kosmosdakı sınaqlarla birlikdə yasaqlanmışdı.

Sonuncu nüvə sınaqları nə vaxt keçirilib?

Mətbuat yazır ki, Rusiya sonuncu dəfə 1990-cı ildə, Çin isə 1996-cı ildə nüvə sınağı keçirib. XXI əsrdə nüvə partlayışları aparan yeganə ölkə Şimali Koreyadır — onun son sınağı 2017-ci ildə olub.

Trampın ilk prezidentlik dövründə rəsmilər artıq sınaqların keçirilməsi imkanını müzakirə etmişdilər. O vaxt onlar Rusiyanın az güclü yüklərlə gizli sınaqlar apardığını iddia edirdilər. Lakin nüvə silahlarının yayılmaması üzrə ekspertlər bu iddialara ehtiyatla yanaşır, sübutların olmadığını bildirirdilər. Üstəlik, ABŞ da "plutoniumun kritik kütləyə çatmasına qədər dayandırılan” subkritik sınaqlar həyata keçirir.

Bəzi ekspertlər hesab edirlər ki, Trampın qərarı Rusiyanın nüvə dartıcılı raket və torpedolar üzərində apardığı tədqiqatlara cavab ola bilər — bu qurğular yüksək sürətlə hərəkət edə və demək olar, məhdudiyyətsiz məsafə qət edə bilirlər.

Keçmiş rəsmilər əlavə edirlər ki, sınaqların bərpası ABŞ-a üstünlük qazandırmayacaq, əksinə, onun əsas üstünlüklərindən birini aradan qaldıracaq: dünyada keçirilən 2000-dən çox nüvə partlayışının təxminən yarısını ABŞ həyata keçirib.

Qeyd edək ki, BMT Trampın nüvə sınaqlarını bərpa etmək barədə bəyanatını tənqid edib. BMT-nin Baş katibi Antoniu Quterreş deyib ki, hazırda nüvə riskləri onsuz da kifayət qədər yüksəkdir.

Bundan əlavə, bildirilib ki, Trampın bu addımı Çin və Rusiyanın da əl-qolunu aça bilər. Əgər ABŞ sınaqlara qayıdarsa, bu, onilliklər boyu dövlətləri belə addımlardan çəkindirən beynəlxalq müqaviləni təhlükə altına qoya bilər.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

27 Sentyabr 2026 22:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri