Icma.az
close
up
RU
ABŞ ın “qarşılıqlı tarifləri” öz maraqlarına da zərər verəcək Çinin “Ağ kitabı”

ABŞ ın “qarşılıqlı tarifləri” öz maraqlarına da zərər verəcək Çinin “Ağ kitabı”

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ştatların tətbiq etdiyi "qarşılıqlı tariflər" təkcə başqalarının deyil, həm də özünün maraqlarına zərər verəcək.

525.az xəbər verir ki, bu barədə Pekin Dövlət Şurasının İnformasiya ofisinin "Çin-ABŞ iqtisadi və ticarət əlaqələri ilə bağlı bəzi məsələlərdə Çinin mövqeyi" adlı sənəddə - “Ağ kitab”da vurğulanıb.

Çin hökuməti sənədi iki ölkənin iqtisadi və ticarət əlaqələri ilə bağlı faktları aydınlaşdırmaq və müvafiq məsələlərdə Pekinin mövqeyini müəyyən etmək üçün dərc edib.

Qeyd olunub ki, “qarşılıqlı tariflərin” tətbiqi Ümumdünya Ticarət Təşkilatının qaydalarının ciddi şəkildə pozulmasıdır və bu, çoxtərəfli ticarət sisteminə zərər verir, təsirə məruz qalan tərəflərin qanuni hüquq və mənafelərinə xələl gətirir.

ABŞ hökuməti “Amerika sənayelərini qorumaq” və “milli təhlükəsizliyi təmin etmək” kimi məqsədlər adı altında yüksək ticarət maneələri qoyub. Sənəddə deyilir ki, bu addım daxili iqtisadi problemlərin həllinə kömək etməyəcək, lakin yekunda əks nəticə verəcək və ABŞ-ı öz pis əməllərinin qurbanına çevirəcək.

Sənədə görə, “qarşılıqlı tariflər” ABŞ-da inflyasiya təzyiqlərini artıracaq, onun sənaye bazasını zəiflədəcək, maliyyə bazarı panikasını və iqtisadi tənəzzül riskini artıracaq.

"Tarix dəfələrlə dərs verib ki, ticarət proteksionizmi ölkənin daxili iqtisadiyyatını gücləndirməyə kömək etməyəcək. Əvəzində bu, qlobal ticarət və investisiya sisteminə ciddi zərbə vurur və nəticədə başqaları və ABŞ-ın özü üçün fəlakətli olacaq qlobal maliyyə və iqtisadi böhrana səbəb ola bilər”, - “Ağ kitab”da vurğulanıb.

Qeyd edək ki, ABŞ bu yaxınlarda Çin məhsullarına əlavə 50 faizlik tariflər tətbiq edib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri