ABŞ ın savaş planı dəyişdi: 100 gün üçün əlavə heyət...
Icma.az, Axar.az saytına istinadən bildirir.
İrandakı müharibə sentyabr ayına qədər davam edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“ABŞ Mərkəzi Komandanlığı Pentaqondan İrana qarşı əməliyyatları ən azı 100 gün və çox güman ki, sentyabr ayına qədər dəstəkləmək üçün əlavə hərbi kəşfiyyat heyəti istəyib. Söhbət ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını əlaqələndirən Florida ştatının Tampa şəhərindəki komandanlıq qərargahına əlavə kəşfiyyat zabitlərinin göndərilməsindən gedir. Bu, administrasiyanın İrana qarşı müharibə ilə əlaqədar kəşfiyyat heyətinin genişləndirilməsinə dair ilk məlum tələbidir.
Bu o deməkdir ki, əməliyyat Trampın əvvəlcə elan etdiyi dörd həftəlik müddətdən xeyli uzun çəkə bilər. Kadr və resursların artırılması üçün tələsik cəhdlər Trampın komandasının İsraillə birgə başlatdığı müharibənin böyük nəticələrini tam olaraq təxmin etmədiyini göstərir”, - məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Mart 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















