ABŞ ın səkkiz ştatı “OpenAI”ı uşaqlara zərər vurmaqda ittiham edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın səkkiz ştatı “ChatGPT” çatbotunun yaradıcısı olan “OpenAI” şirkətini uşaqlara zərər vurmaqda, valideynləri aldatmaqda və istifadəçilərin hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.
APA xəbər verir ki, çərşənbə günü Ayova ştatının baş prokuroru Brenna Berd “OpenAI”a qarşı iddia qaldırıldığını açıqlayıb.
Təşəbbüsü Kanzas, Nebraska, Qərbi Virciniya, Arkanzas, Arizona, Aydaho və Montana ştatlarının hakimiyyət orqanları da dəstəkləyib.
Ayova ştatının iddiasında bildirilir ki, “OpenAI” ictimaiyyətə yanlış məlumat təqdim edir. Sənəddə qeyd olunur ki, həddindən artıq nəzakətli olmaq və insani şəfqəti təqlid etmək üçün hazırlanmış “ChatGPT” uşaqlar kimi həssas istifadəçilər üçün təhlükəli ola bilər.
İddiaçılar süni intellektin bəzi hallarda istifadəçiləri intihara və qanunsuz hərəkətlərə sövq etdiyini bildiriblər. Onların fikrincə, çatbotla ünsiyyət tənqidi düşünmə qabiliyyətini zəiflədə, paranoyak və sayıqlama xarakterli fikirlərin yaranmasına səbəb ola, qeyri-peşəkar və potensial təhlükəli tibbi məsləhətlər verə, eləcə də münasibətlərdə qeyri-sağlam davranış modelləri formalaşdıra bilər.
Qeyd edək ki, “OpenAI” əvvəllər də insanları intihara sövq etmək ittihamları ilə bir sıra məhkəmə iddiaları ilə üzləşib. Şirkət avqust ayında yeniyetmələr üçün çatbot versiyasını təqdim etdiyini açıqlayaraq etibarlı təhlükəsizlik sistemi və valideynlər üçün nəzarət alətləri vəd etmişdi.
Lakin iki ay sonra ABŞ-ın qeyri-kommersiya təşkilatı “Common Sense Media” “ChatGPT for Teens” məhsulunu sınaqdan keçirdikdən sonra onun yetkinlik yaşına çatmayanlar üçün qəbuledilməz risk yaratdığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Oktyabr 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















