ABŞ ın Tehran Məşhəd dəmir yolu xəttini hədəf alıb, qatarların hərəkəti dayandırılıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İran İslam Respublikası Dəmir Yolları bu gün səhər ABŞ-ın Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb.
Bildirilib ki, xəttin qısa müddətdə istifadəyə verilməsi üçün tədbirlər görülür.
Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərinə daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib.
Qeyd edək ki, ötən gecə və bu gün İranın bir sıra bölgələri ABŞ tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 İyul 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















