Icma.az
close
up
RU
ABŞ ın təklifləri problemləri həll etmir Rusiyadan etiraz

ABŞ ın təklifləri problemləri həll etmir Rusiyadan etiraz

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya ABŞ-ın Ukrayna ilə bağlı təkliflərini “indiki formada” qəbul edə bilməyəcəyini deyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb ABŞ-ın müharibəyə son qoymaq təkliflərinin Moskvanın münaqişəyə səbəb kimi qiymətləndirdiyi problemləri həll etmədiyi göstərilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, bu, ABŞ-Rusiya danışıqlarını dalana dirəyir.

Ryabkovun açıqlamaları Moskva və Vaşinqtonun hələ də əsas fikir ayrılıqlarını aradan qaldıra bilmədiyini göstərir. Rusiya prezidenti Vladimir Putin təxminən iki həftə əvvəl ABŞ-ın təkliflərinin yenidən işlənməli olduğunu bildirmişdi.

Bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın Moskvanın daha geniş razılaşma ilə bağlı ləngitmə cəhdlərindən narazılığını ifadə etdiyi bir vaxtda verilib. Son günlər Tramp Putindən narazı olduğunu açıq şəkildə bildirib və əgər Moskva razılaşmaya mane olarsa, Rusiya neftini alan ölkələrə sanksiyalar tətbiq edəcəyini deyib.

Bununla belə, Ryabkov vurğulayıb ki, Moskva hələlik razılaşma üzrə irəliləyə bilmir.

“Amerikalıların irəli sürdüyü modelləri və həll variantlarını ciddi qəbul edirik, lakin onların indiki formasını qəbul edə bilmərik”, – deyə Ryabkov Rusiya mediasına açıqlamasında bildirib.

“Bizim üçün əsas olan tələbin – münaqişənin əsas səbəblərinin həlli – bu təkliflərdə yer almaması ən böyük problemdir. Bu, tamamilə nəzərə alınmayıb və bu vəziyyət aradan qaldırılmalıdır”, – Ryabkov əlavə edib.

Putin bildirib ki, o, Ukraynanın NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməsini, Rusiyanın özünün iddia etdiyi dörd Ukrayna bölgəsinə nəzarət etməsini və Ukrayna ordusunun sayının məhdudlaşdırılmasını istəyir. Kiyev isə bu tələbləri təslim olmağa bərabər hesab edir.

Trampın Putindən Ukrayna ilə bağlı razılaşma tələb etməsinə dair son açıqlamaları ilə bağlı sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, “Moskva ABŞ tərəfi ilə təmaslarını davam etdirir”.

“Məsələ çox mürəkkəbdir. Ukraynanın nizama salınması ilə bağlı müzakirə etdiyimiz məsələlərin mahiyyəti kifayət qədər çətindir və əlavə səylər tələb edir”, – deyə Peskov vurğulayıb.

Qeyd olunub ki, ötən həftənin sonuna qədər Tramp Rusiyaya qarşı daha yumşaq mövqe sərgiləyirdi və bu, Qərb müttəfiqləri arasında narahatlıq doğururdu. O, Ukraynadakı münaqişəyə son qoymaq üçün vasitəçilik etməyə çalışırdı, lakin son günlər, xüsusilə Finlandiya Prezidenti kimi Avropa liderlərinin Rusiyaya təzyiq göstərilməsi ilə bağlı çağırışları fonunda Tramp Moskva ilə bağlı daha sərt mövqeyə keçib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri