Icma.az
close
up
RU
ABŞ ın Ukrayna ilə bağlı sülh planına AŞPA nın vitse prezidentindən REAKSİYA EKSKLÜZİV

ABŞ ın Ukrayna ilə bağlı sülh planına AŞPA nın vitse prezidentindən REAKSİYA EKSKLÜZİV

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda dünyanın siyasi gündəmində əsas müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ prezidenti Donald Trampın 28 bənddən ibarət sülh planıdır. Üstəlik, planla bağlı ABŞ-dan Ukrayna hökumətinə təzyiqlər mövcuddur.
Belə ki, Vaşinqton Kiyevin noyabrın 27-dək bu planı qəbul etməsini istəyir.
Bəs ABŞ-ın sülh planı Ukraynanın maraqlarına nə dərəcədə uyğundur? Kiyev sözügedən şərtlərlə sülhə razılaşa bilərmi?
Bu və digər suallara cavab tapmaq üçün Bizim.Media AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
- Cənab Mereşko, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təklif olunan "Tramp planı" ilə bağlı subyektiv fikriniz nədir?
- Əvvəla onu deyim ki, "Tramp planı" bir çox suallar doğurur. Onun konkret məzmunu bəlli deyil. Əslində, müəllifin kim olduğu dəqiq bilinmir. Trampın özü iddia edir ki, bu, onun son təklifi deyil. Mediada yer alan mətnə ​​gəldikdə isə, əlbəttə, sözügedən müddəalar o qədər absurd, məntiqsiz və ziddiyyətlidir ki, Ukrayna heç vaxt buna razı olmayacaq. Bu mətn Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa tamamilə ziddir. Dünyada belə "sülhü" qəbul etməyə razı olacaq hər hansı dövlətin olması ehtimalı azdır, bu, mahiyyət etibarilə təslimçilik aktıdır.
- Sizcə, Ukrayna hökuməti 27 noyabr tarixinə qədər "Tramp planı"nı qəbul edəcəkmi?
- Hazırda danışıqlar aparılır və nəticənin necə olacağını hələ bilmirik. Hər şey hazırlanacaq sənəddən və onun məzmunundan asılıdır. Eyni zamanda "sülh planı"nın istənilən versiyasında bir ciddi problem var: Putin qətiyyən sülh və ya hətta atəşkəs istəmir. O, Ukrayna dövlətçiliyini məhv etməkdə qərarlıdır. Bundan əlavə, Putin Rusiya ilə Ukrayna arasında bütün vacib müqavilələri, razılaşmaları və anlaşmaları pozub. Buna görə də, ondan Rusiya ilə Ukrayna arasında hər hansı bir razılaşmaya əməl etməsini gözləmək sadəcə sadəlövhlükdür.
- Bəs, Ukrayna bu şərtləri qəbul etsə, müharibə başa çatacaq?
- Təəssüf ki, müharibənin dayanacağı ehtimalı azdır. Putin Ukraynanı Rusiyaya tabe edənə qədər dayanmayacaq. Amma əslində bunu etməyə onun gücü çatmır. Bu o deməkdir ki, Rusiyanın təcavüzü Rusiyanın öz daxilində həm iqtisadi, həm də siyasi ciddi problemlər yaranana qədər davam edəcək. Bu cür problemlər artıq yetişməkdədir.
- Sizcə, bu münaqişənin həlli yolu nədir?
- Yeganə düzgün seçim beynəlxalq hüquqa riayət etməkdir – yəni, Rusiyanın təcavüz cinayətinə son qoyması, Ukraynaya dəyən bütün zərərləri ödəməsi və Rusiyadakı bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi. Eyni zamanda, şəraiti nəzərə alaraq, indiki halda atəşkəs elan etmək və danışıqlara başlamaq bəlkə də məqsədəuyğun olardı.
- Ukrayna müharibəyə nə qədər davam gətirə bilər?
- Müharibə bizim seçimimiz deyil. Artıq təxminən dörd ildir ki, dözürük. Hazırkı vəziyyətdə Rusiya təcavüzündən müdafiəni dayandıra bilmərik. Çünki bu, Ukraynanın siyasi xəritədən yox olması demək olardı. Buna görə də, sağ qalmaq və qalib gəlmək üçün lazım olan müddətcə özümüzü müdafiə edəcəyik.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri