ABŞ ın vitse prezidenti Ağ Evə turist kimi gələn Paşinyanla sadəcə selfi çəkdirib KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən yayılan fotoya baxanda belə təsəvvür yaranır ki, qonaqlarla şəkil çəkdirmək üçün onun iş masasından başqa layiqli fon olmayıb.
KONKRET.az “panorama.am” saytına istiandən xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan Nikol Paşinyanın Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşündən sonra dərc edilən rəsmi materialı və fotonu şərh edərkən yazıb.
Analitikin fikrincə, Ceyms Devid Vens öz növbəsində erməni nümayəndə heyətinə qarşı kobud rəftar edib:
“Belə ki, kabinetində Ermənistan Respublikasının bayrağının olmadığı barədə işçilərinə xəbərdarlıq etməyib.
O, heç olmasa Ermənistan nümayəndə heyətindən görüşə Ermənistan bayrağını da gətirməyi xahiş etməli və fotoda ABŞ-ın dövlət bayrağı ilə yanaşı simvolik olaraq həm də Ermənistanın bayrağı qoyulmalı idi”.
Politoloq Suren Surenyants isə mövzuya belə münasibət bildirib:
“Paşinyanın Amerika səfərinin kədərli epiloqu. Deyəsən, ABŞ-ın vitse-prezidenti Ağ Evə gələn turistlə sadəcə selfi çəkdirib”.
Günel Mikayılova,
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Fevral 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















