ABŞ ın xidmət sektorunda canlanma müşahidə olunur
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın xidmət sektorunda canlanma müşahidə olunur.
Banco.az xəbər verir ki, ABŞ-da “Tədarük İdarəetmə İnstitutu” (ISM) fevral ayına dair xidmət sektoru üzrə satınalma menecerləri indeksi (PMI) göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, xidmət sektoru üzrə PMI fevral ayında əvvəlki ayla müqayisədə 2,3 bənd artaraq 56,1 səviyyəsinə yüksəlib. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların median proqnozu isə indeksin 53,5 səviyyəsinə enəcəyini göstərirdi. Bu göstərici 2022-ci ilin avqust ayından bəri xidmət sektorunda qeydə alınan ən güclü artıma işarə edir.
Alt indekslərə gəldikdə işgüzar fəallıq indeksi 57,4-dən 59,9-a yüksəlib, yeni sifarişlər indeksi isə 53,1-dən 58,6-ya çatıb.
Məşğulluq indeksi 50,3-dən 51,8-ə qalxıb, qiymət təzyiqləri isə 66,6-dan 63-ə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 04 Mart 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















