ABŞ ın xüsusi təyinatlı bölmələri Venesuelaya yaxın ərazilərə yerləşdirilir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər daşıyan çoxsaylı təyyarələr göndərib.
APA xəər verir ki, bu barədə The Wall Street Journal nəşri amerikalı rəsmilərə və açıq uçuş məlumatlarına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatındakı Kannon aviabazasından Karib hövzəsinə azı 10 ədəd CV-22 Osprey tipli, dönən vintli təyyarə göndərilib.
Bu tip hava gəmiləri ABŞ Xüsusi Əməliyyat Qüvvələri tərəfindən istifadə olunur.
Bundan əlavə, Fort-Stüart və Fort-Kempbell hərbi bazalarından C-17 tipli yük təyyarələrinin Puerto-Rikoya çatdığı bildirilir. Amerikalı rəsminin sözlərinə görə, həmin təyyarələr hərbi heyət və avadanlıq daşıyıb.
Mənbə daşınan qoşunların növünü və avadanlığın dəqiq tərkibini açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 24 Dekabr 2025 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















