ABŞ Intel şirkətində pulsuz 10 faizlik paya sahib olub
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən, Birləşmiş Ştatlar "Intel" şirkətində 10% paya malik olacaq.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazaraq, səhmlərin ABŞ-yə pulsuz çatdığını qeyd edib
"Mən bu sövdələşmə barədə şirkətin çox hörmətli baş direktoru Lip-Bu Tan ilə razılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollar dəyərindədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin "Intel" şirkəti çiplər və yarımkeçiricilər hazırlayır. Trampın sözlərinə görə, korporasiyanın işi millətin gələcəyi üçün fundamental önəmə malikdir.

Bloomberg : Tramp administrasiyası Intel şirkətində pay satın almaq istəyir
15 Avqust 2025 02:41
Maskın şirkətində yoxlama
18 Dekabr 2024 01:19
Amazon şirkətində 10 minə yaxın işçi tətilə başladı
20 Dekabr 2024 10:25
Dövlət Neft Şirkətində (SOCAR) təyinat olub
03 May 2025 10:33
Karapetyanın şirkətində axtarış aparılır
02 İyul 2025 12:11

