ABŞ İran atəşkəsindən sonra İraq hava məkanı yenidən açılır
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın Şərqdə son həftələrdə artan gərginlik fonunda bağlanan İraq hava məkanı yenidən uçuşlar üçün açılır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin yaydığı məlumata görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra bu qərar qəbul edilib.
Qurumun açıqlamasında bildirilib ki, təxminən 40 gündür təhlükəsizlik səbəbindən bağlı saxlanılan hava məkanı bu axşamdan etibarən mərhələli şəkildə fəaliyyətini bərpa edəcək.
Xatırladaq ki, İraq hökuməti fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hücumlarını pisləyərək ölkə üzərindən uçuşları dayandırmışdı. Bu qərar regionda artan hərbi risklər və mümkün təhlükələr nəzərə alınaraq verilmişdi.
Mütəxəssislər hesab edir ki, hava məkanının açılması bölgədə nisbi sabitliyin yaranmasına işarədir. Bununla yanaşı, vəziyyətin hələ də həssas olduğu və proseslərin diqqətlə izlənildiyi vurğulanır.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 08 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















