ABŞ İran danışıqları yeni mərhələdə Tərəflər yenidən üz üzə gəlir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də səhər saatlarında keçiriləcəyi gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ nümayəndə heyətinə Vitse-prezident C.D.Vens rəhbərlik edəcək. Onun çərşənbə axşamı səhər saatlarında Pakistana yola düşəcəyi qeyd olunur. Məlumata görə, İran tərəfinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək.
Qeyd edək ki, İran bundan əvvəl ABŞ ilə danışıqlarda iştirak edib-etməmək məsələsi ilə bağlı hələ yekun qərarın verilmədiyini açıqlamışdı.
Müşahidəçilər bildirirlər ki, tərəflər arasında baş tutacaq bu görüş regiondakı gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıya bilər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Aprel 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















