Icma.az
close
up
RU
ABŞ İran: daş qayaya rast gəlib

ABŞ İran: daş qayaya rast gəlib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Tərəflər barış ssenarilərini uzlaşdıra biləcəklərmi?

ABŞ və İran arasında son günlər yenidən kəskinləşən qarşıdurma Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirib. Analitiklər hesab edirlər ki, hazırkı gərginlik qlobal enerji bazarlarına və beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərə bilər.

Son hadisələrin mərkəzində ABŞ hərbi qüvvələrinin İranın neft daşımalarında istifadə olunan üç tankerə endirdiyi zərbələr dayanır. Vaşinqton bu addımı İran tərəfindən ABŞ hərbi gəmilərinə qarşı həyata keçirildiyi bildirilən raket hücumlarına cavab olaraq izah edib. ABŞ rəsmiləri hücumların müdafiə xarakteri daşıdığını və İranın hərbi potensialını məhdudlaşdırmağa yönəldiyini bildiriblər. Bununla yanaşı, İran tərəfi ABŞ-ı beynəlxalq hüququ pozmaqda və regionda vəziyyəti daha da gərginləşdirməkdə ittiham edir.

Tehran hadisələrə sərt reaksiya verərək ABŞ-ın Körfəz bölgəsindəki enerji maraqlarının və infrastrukturunun hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. İran rəsmilərinin bəyanatları göstərir ki, ölkə qarşıdurmanı iqtisadi və enerji təhlükəsizliyi aspektlərində də davam etdirməyə hazırdır. Bu isə xüsusilə dünyanın ən strateji enerji marşrutlarından biri hesab edilən Hörmüz boğazının gələcəyi ilə bağlı narahatlıqları artırır. Son günlər burada tankerlərin hərəkətinin azalması və təhlükəsizlik risklərinin artması beynəlxalq bazarlarda dərhal hiss olunub. Neft qiymətləri son həftələrin ən yüksək səviyyəsinə yüksəlib. Əgər qarşıdurma davam edər və boğazdan keçən yük daşımalarına daha ciddi məhdudiyyətlər tətbiq olunarsa, enerji qiymətlərində yeni sıçrayışlar müşahidə oluna bilər.

Mövcud böhranın digər diqqətçəkən tərəfi İranın hərbi ritorikasını gücləndirməsidir. Tehran yeni “Qasem Basir” ballistik raketini təqdim edərək təhlükələrə qarşı qabaqlayıcı zərbələr endirmək hüququnu vurğulayıb. İran rəsmilərinin sözlərinə görə, yeni raket əvvəlki modellərlə müqayisədə daha dəqiq və uzaq məsafələri vurmaq imkanına malikdir.

Qarşıdurmanın regional təsirləri də artıq hiss olunmağa başlayıb. İranın dəstəklədiyi husi qüvvələrinin Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə hücumları Yaxın Şərqdə təhlükəsizlik risklərini artırıb. Görünür, ABŞ–İran qarşıdurması ikitərəfli çərçivədən çıxaraq daha geniş regional xarakter almaq potensialına malikdir. Belə bir ssenari Körfəz ölkələrinin təhlükəsizliyi ilə yanaşı, beynəlxalq enerji təchizatına da ciddi zərbə vura bilər.

Bununla belə, informasiya müharibəsi fonunda yayılan bütün iddiaların təsdiqlənmədiyini də qeyd etmək vacibdir. Məsələn, İran tərəfi ABŞ hərbi gəmilərinə uğurlu raket zərbələri endirdiyini bəyan etsə də, Vaşinqton bu məlumatları təkzib edir və müstəqil mənbələr tərəfindən həmin iddiaların təsdiqi hələlik mövcud deyil.

Hazırkı mərhələdə əsas sual tərəflərin tammiqyaslı hərbi toqquşmaya gedib-getməyəcəyidir. Mövcud dinamika göstərir ki, həm Vaşinqton, həm də Tehran qarşı tərəfə təzyiq göstərməyə çalışsa da, genişmiqyaslı müharibənin iqtisadi və siyasi nəticələrinin onlar üçün ağır ola biləcəyini anlayırlar. Ona görə də yaxın günlərdə diplomatik kanalların yenidən aktivləşdirilməsi ehtimalı istisna edilmir. Lakin Hörmüz boğazında davam edən qarşıdurma və qarşılıqlı cavab zərbələri regionun hələ bir müddət yüksək risk zonası olaraq qalacağını göstərir.

N.BEYDİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri