ABŞ İran gəmisini belə ələ keçirib: Görüntüləri yayıldı VİDEO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran bayrağı altında üzən "M/V Touska" gəmisinə qarşı həyata keçirilən əməliyyatın görüntülərini ictimaiyyətə təqdim edib.
Milli.Az xəbər verir ki, məlumata görə, ABŞ dəniz piyadaları USS Tripoli amfibiya hücum gəmisindən vertolyotla havaya qalxaraq Ərəbistan dənizi üzərindən uçuş həyata keçiriblər. Aprelin 19-da onlar sözügedən ticarət gəmisinə eniş edərək nəzarəti ələ alıblar.
Bildirilib ki, əməliyyatda iştirak edən USS Spruance esminesi gəmi heyətinə altı saat ərzində dayanmaq barədə xəbərdarlıq etsə də, bu çağırışlara əməl olunmayıb. Nəticədə esmines tərəfindən gəminin hərəkət sistemi sıradan çıxarılıb.
Daha sonra dəniz piyadaları vertolyot vasitəsilə gəmiyə enərək göyərtədə mövqe tutub və nəzarəti tam şəkildə təmin ediblər. Paylaşılan kadrlarda əməliyyatın mərhələləri, o cümlədən havadan eniş və gəminin ələ keçirilməsi aydın şəkildə əks olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















