Icma.az
close
up
RU
ABŞ İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

ABŞ İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinməsi Yaxın Şərq regionunda gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər. Bütün dünyanın bu razılaşmanı alqışlaması da bunun göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bu razılaşmanı dəstəkləyib:

“Nəzərə alaq ki, İran Azərbaycanın yaxın qonşusudur və bu ölkədə milyonlarla soydaşımız yaşayır. Regionda gərginlik istər istəməz ətraf bölgələrə də təsir edir. Amma İranla bağlı böhran bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. Çünki Hörmüz boğazının bağlı qalması dünya ticarətinə mənfi təsir edirdi.

Tərəflər arasında əldə edilmiş razılaşma isə İran zənginləşdirilmiş uran ehtiyatları, Hörmüz boğazının açılması və digər problemləri özündə əks etdirir.

Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə gündəlikdən çıxarılıb.

Bu razılaşma Amerika ilə İran arasında vasitəçilik edən dost Pakistanın səyləri tərəflərin mövqelərini yaxınlaşdırdı və belə bir razılaşma əldə olundu. Pakistan hələ aprel ayında tərəflər arasında görüşə ev sahibliyi etmişdi. Həmin görüş nəticəsiz başa çatsa da, İslamabad geri çəkilmədi, vasitəçiliyini davam etdirdi. Ona görə də, Azərbaycanla Türkiyə qardaş Pakistanın səylərini yüksək qiymətləndirir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır:

“Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail - Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar.

"Bu baxımdan, ABŞ -İran gərginliyi ilə əlaqədar rəsmi Bakının mövqeyi tamamilə doğrudur. Mövqe ondan ibarətdir ki, bütün problemlər diplomatik yollarla həll edilməlidir. Münaqişənin alovlanması təkcə tərəflər üçün deyil, bütün dünya üçün yeni fəlakətlər gətirə bilərdi. Ona görə də, əldə edilən razılaşma böyük önəm kəsb edir. Ümid edirik ki, tərəflər bu razılaşmalara sadiq qalaraq sülh prosesini daha da irəli aparacaqlar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri