Icma.az
close
up
RU
ABŞ İran gərginliyi PİK HƏDDƏ Mümkün ssenarilər və potensial risklər

ABŞ İran gərginliyi PİK HƏDDƏ Mümkün ssenarilər və potensial risklər

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəziyyətin mürəkkəbliyi
Hazırda siyasi və ekspert dairələrində hər kəsə yaxşı məlumdur ki, bütün dünya İranla bağlı vəziyyətdən ciddi şəkildə narahatdır. Bunun üçün ciddi siyasi, geosiyasi və hərbi əsaslar mövcuddur. Çünki İran dünyanın ən güclü dövləti olan ABŞ və onun yaxın müttəfiqi İsrail ilə qarşı-qarşıyadır.
 

Bundan əlavə, Vaşinqton İran istiqamətinə çox güclü və müasir hərbi birləşmələr göndərir. Lakin İran diplomatiyası dünyada ən hiyləgər diplomatiyalardan biri hesab olunur. İran regionda fəal xarici siyasət yürüdür və bəzi müsəlman ölkələrinə təsir imkanlarına malikdir. Lakin dünya ictimaiyyəti bu təsiri konstruktiv deyil, dağıdıcı hesab edir.


Bir sözlə, İran–ABŞ–İsrail münasibətləri ilə bağlı bu ziddiyyətli və müəyyən mənada intriqalı təsəvvürlər fonunda bütün dünya Yaxın Şərqdə baş verən hadisələri maraq və narahatlıqla izləyir. Lakin yaranmış vəziyyətə adekvat geosiyasi və siyasi qiymət vermək üçün nəzəri baxımdan münaqişə tərəflərinin hansı məqsədləri güddüyünü müəyyənləşdirmək lazımdır.
İranın məqsədləri
İran özünü heç kimə tabe olmayan müstəqil qüvvə kimi göstərmək və təsdiq etmək istəyir. Lakin bu məqsədə nail olmaq üçün İran müasir sivilizasiyaya, humanitar dəyərlərə və demokratiya meyarlarına uyğun idarə olunan dövlət imicinə sahib olmalıdır. Bu ziddiyyət avtomatik olaraq İranla kollektiv Qərb arasında potensial toqquşmaya gətirib çıxarır. Burada əsas rolu ABŞ başda olmaqla Qərb ölkələrinin strateji və geosiyasi hədəfləri oynayır.
ABŞ-ın əsas hədəfləri
Müşahidələrimizə görə, Vaşinqton XX əsrin 50-ci illərinin ikinci yarısında formalaşdırılmış Henry Kissincer strategiyasına uyğun hərəkət edir.
Xatırladaq ki, 1957-ci ildə “Foreign Affairs” jurnalında onun “Strategy and Organization” adlı məqaləsi dərc olunmuşdu. Bu məqalədə Kissincer məhdud nüvə müharibəsi doktrinasını irəli sürmüşdü.
Bu doktrinanın mahiyyəti belədir: “Yaxınlaşan termonüvə fəlakəti təhlükəsinin qorxunc fonunda hərbi qələbənin əvvəl bildiyimiz formada əldə edilməsi artıq müharibənin məqsədi ola bilməz.
Müharibənin məqsədi qarşı tərəfin tam şəkildə anladığı müəyyən siyasi şərtləri əldə etmək olmalıdır. Məhdud müharibənin məqsədi rəqibə elə zərər vurmaq və ya onu elə risklərə yaxınlaşdırmaqdır ki, bunlar onun məqsədləri ilə müqayisədə qeyri-mütənasib olsun. Məqsəd nə qədər məhdud olarsa, müharibə də ehtimal ki, bir o qədər az qəddar olar”.
O əlavə edirdi: “Bunun üçün qarşı tərəfin psixologiyasını və hərbi potensialını anlamaq lazımdır”. Bu strategiyanın əsasında daha ümumi prinsip dayanır: “Sağ qalma instinkti ilk növbədə insanların şüurunda həll edilməlidir”.
Bu doktrinaya görə, ABŞ-ın əsas məqsədi İrana elə zərər vurmaq və ya onu elə risklərə yaxınlaşdırmaqdır ki, bunlar rəsmi Tehranın məqsədləri ilə müqayisədə qeyri-mütənasib olsun.
Mövcud vəziyyətə münasibətdə buradan iki siyasi nəticə çıxarmaq olar.


Birincisi, ABŞ İran problemini hərbi yolla həll etmək istəmir. Vaşinqton və Təl-Əvivin əsas məqsədi rəsmi Tehranı Amerikanın bütün şərtlərini yerinə yetirməyə məcbur etməkdir. Həmin şərtlər bunlardır:
- uranın zənginləşdirilməsindən imtina etmək, yəni nüvə silahı yaratmaqdan vaz keçmək;

- ballistik raketlərin uçuş məsafəsini 300 kilometrlə məhdudlaşdırmaq və onların sayını azaltmaq;

- proksi qüvvələrə dəstək verməmək və xaricdə qanunsuz silahlı qruplar yaratmaq siyasətindən tam imtina etmək.

İkincisi, ABŞ rəsmi Tehrana tam etibar etmir və buna görə də İrana hərbi zərbə endirilməsi ehtimalını istisna etmir.

Vəziyyətin mürəkkəbliyi ondadır ki, Vaşinqtonun hansı seçimi edəcəyini hələ dəqiq müəyyən etmək mümkün deyil. Birincisi, danışıqlar hələ ilkin mərhələdədir. İkincisi, İran Amerikanın yalnız bəzi şərtlərini qəbul etməyə razıdır və eyni zamanda öz tələblərini irəli sürür, məsələn, bütün sanksiyaların ləğvini. Üçüncüsü, danışıqlar fonunda tərəflər regionda hərbi qüvvələrini artırırlar.
Bu amillər birgə şəkildə hərbi toqquşma ehtimalının qalmaqda olduğunu göstərir.
Çətin və qeyri-müəyyən danışıqlar prosesi
İran və ABŞ birbaşa danışıqlar aparmır, təkliflərini vasitəçi vasitəsilə biri-birilərinə ötürürlər. Bu isə tərəflərin ünsiyyətdə məsafə saxlamağa üstünlük verdiyini göstərir və qarşılıqlı etimadsızlığın elementi kimi qiymətləndirilə bilər. Diplomatiyada etimadsız münasibətlər həmişə əsas psixoloji problemdir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “tərəflər danışıqlar prosesinin əsas prinsipləri barədə razılığa gəliblər”.


Lakin Amerika tərəfi bir qədər fərqli mövqe ortaya qoyur. ABŞ-ın vitse-prezidenti JD Vens qeyd edib ki, Cenevrədə ABŞ və İran nümayəndələri arasında nüvə dosyesi üzrə dolayı danışıqlar bəzi aspektlərdə müsbət keçib. Lakin Tehran hələ bir neçə prinsipial mövqeni qəbul etməyə hazır deyil.
Bu prinsipial mövqelər prezident Donald Tramp tərəfindən müəyyən edilib. Vens bildirib ki, əgər danışıqlar dalana dirənsə, Vaşinqton hərbi güc tətbiq etmək hüququnu özündə saxlayır.
Eyni zamanda, israilli ekspert Mixail Qureviç hesab edir ki, Tramp hazırda “şahmat dili ilə desək, zuqtsvanq vəziyyətindədir” və ABŞ-ın İrana zərbə endirə biləcəyini istisna etmir.
Britaniyanın hərbi kəşfiyyat şirkəti Janes də ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırmasının birbaşa müdaxilətə hazırlıq kimi görünə biləcəyini qeyd edir.
Mümkün nəticələr
Aparılan təhlil göstərir ki, müharibə riski hələ də yüksək olaraq qalır. Geosiyasi vəziyyət qeyri-müəyyəndir. Lakin ABŞ-ın çox ciddi mövqe tutduğu açıq görünür. Trampın əvvəlki fəaliyyət təcrübəsini nəzərə alsaq, Vaşinqtonun məqsədinə çatmaq üçün ciddi addımlar atacağı ehtimal olunur.
Burada İsrail faktoru da nəzərə alınmalıdır. Çünki Təl-Əviv dəfələrlə yəhudi xalqının və dövlətinin ekzistensial təhlükəsizliyi məsələsini qabardıb. Deməli, ABŞ və İsrail üçün həyati maraqlar müzakirə mövzusudur.
Rəsmi Tehran da dövlətçiliyin qorunmasına görə məsuliyyətini anlayır. Bu maraqların kəsişdiyi nöqtədə istənilən an müharibə alovlana bilər. Buna görə də region ölkələri belə ssenariyə hazır olmalıdır. O cümlədən, Azərbaycanın gözlənilməz mənfi proseslərə qarşı ayıq-sayıqlığı ən yüksək səviyyədə olmalıdır.
İranın siyasi elitasında və cəmiyyətində mümkün ssenarilər də nəzərə alınmalıdır. Ankaradakı İran Araşdırmaları Mərkəzinin analitiki Oral Toqa yazır ki, son etirazlar hakim elitanın əsasını təşkil edən mühafizəkar qanadı belə üç qrupa bölüb.
Bu, region üçün təhlükəli tendensiyadır. Çünki İranın daxildən marjinallaşması ehtimalını göstərir. Belə halda İran vətəndaşları kütləvi şəkildə ölkəni tərk edə bilərlər. Tarixi və mədəni əlaqələri nəzərə alsaq, onların bir hissəsinin sığınacaq üçün Azərbaycanı seçməsi də mümkün hesab edilə bilər.
Azər Xudiyev, Azərbaycanın Ukraynadakı sabiq səfiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see170

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri