ABŞ İran görüşü barədə yeni təfərrüatlar açıqlanıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək ABŞ-İran danışıqları barədə yeni təfərrüatlar açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, ekspert və yüksək səviyyəli danışıqlar eyni vaxtda keçirilməyəcək.
Bildirilib ki, texniki danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sədrliyi ilə yüksək səviyyəli görüş keçiriləcək.
Qeyd edək ki, aprelin 19-da keçirilən görüşdə mütəxəssislərin tədbiri ayın 23-ə nəzərdə tutulmuşdu.
Baxış sayı:57
Bu xəbər 23 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















