Icma.az
close
up
RU
ABŞ İran hədəflərinə hücum edəcək? AÇIQLAMA

ABŞ İran hədəflərinə hücum edəcək? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ rəsmilərinin İrana mümkün hücumla bağlı bəyanatları haqqında məlumatlar mövcuddur.

Məsələn, ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts bildirib ki, Vaşinqton İranın Yəməndəki hədəflərinə hücum etməyi nəzərdən keçirir. O, İranın Yəməndə husilərə verdiyi dəstəyin qarşısını almaq üçün bu addımların atıla biləcəyindən söz açıb.

ABŞ-nin İrana qarşı bu iddiası nə dərəcə realdır?


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə İsrail yarandığı gündən ona ən böyük dəstək verən ölkələrdən birinin Amerika olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə münasibətləri o qədər inkişaf edib ki, İsrailin təhlükəsizliyinin təmin edilməsi məsələsi ABŞ-də daxili və xarici siyasətdə əsas faktorlardan birinə çevrilib:

“Amerika İsrailə qarşı aqressiyanı və təhdidi özünə qarşı olurmuş kimi qiymətləndirir və reaksiya verir. İranda 1979-cu ildə "molla inqilabından" sonra İsrail - İran münasibətləri kəskin pisləşməyə başladı. Hazırda Yaxın Şərqdə İsrailə ən böyük təhdidi İran və onun yaratdığı proksi qüvvələri törədir. Əlbəttə, İsrailin də genişlənmə və işğal planları buna səbəb olur”.


Politoloq Trampın İranla əlaqədar siyasətindən, xüsusən nüvə razılaşmasından çıxması və İranın nüvə proqramına qarşı sərt mövqeyindən bəhs edib.

Y.Hacızadə 2023-cü il oktyabr ayında Həmas-İsrail müharibəsi başlayandan sonra hər iki ölkənin bir-birinə qarşı raket zərbəsi endirdiyini xatırladıb:

“İsrail bundan istifadə edərək Amerikanın iştirakı ilə İrana qarşı hücumu daha da genişləndirməyə çalışaraq hərbi bazaların və nüvə istehsal obyektlərinin vurulmasına nail olmaq istəyirdi. Lakin Bayden hakimiyyəti buna getmədi. İrana qarşı radikal addımlar atılmasının tərəfdarı olan və birinci prezidentliyi zamanı sələfi Obama dövründə əldə olunmuş "Nüvə razılaşmasından" çıxan Tramp indi təhdidlər yağdırır. Əvvəlcə İran dini liderinə məktub yazaraq hədə-qorxu gəldi. Bir neçə gündür də Yəməndə husilərə hücumlar təşkil edir. Özü də husilərə qarşı başlanılmış savaşın İrana qarşı yönəldiyini açıq-aşkar bildirir. Seçki kampaniyası zamanı İsrailə daha çox dəstək verən ABŞ prezidenti olacağını deyən və hakimiyyətə gələn kimi də bunu həyata keçirən Tramp, Yaxın Şərqdə İsrailin təhlükəsizliyinin təmin olunması üçün İrana qarşı hücumlar da həyata keçirə biləcəyini göstərmək istəyir. Bu həm də Trampa daxili və xarici siyasətini həyata keçirmək üçün yəhudi lobbisidən dəstək almaq üçün də lazımdır”.

Fidan Hacızadə 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri