Icma.az
close
up
RU
ABŞ İran neftini hədəf aldı Azərbaycan üçün risk VAR?

ABŞ İran neftini hədəf aldı Azərbaycan üçün risk VAR?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ Maliyyə Nazirliyi 16 aprel 2025-ci ildə İran neftinin daşınmasında iştirak edən Çin, Malayziya və Tailand mənşəli bir sıra şirkət və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib. Bu addım, İranın neft satışından əldə etdiyi gəlirlə terrorçu qrupları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır.

Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.

“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, - məlumatda qeyd olunub.

Maraqlıdır, Azərbaycanın Cənub Qaz Dəhlizi və neft ixrac marşrutları bu vəziyyətdə daha da önə çıxırmı? İranla qonşu olan Azərbaycan üçün bu sanksiyalarla əlaqədar logistik və iqtisadi risklər var?

Sfera.az-a bu barədə açıqlama verən politoloq Əziz Əlibəyli Azərbaycanla bağlı ABŞ-nin mövqeyi aydın olduğunu diqtə edib.  Politoloqun sözlərinə görə, münasibətlərə “swap” (enerji mübadiləsi) anlaşmalarına birbaşa müdaxilə etmir:

“Çünki bu cür “swap” anlaşmalarında “qazan-qazan” prinsipi əsas rol oynayır və Azərbaycan Qərbdə müəyyən enerji təchizatını təmin edən tərəf kimi çıxış edir. Eyni zamanda, enerji təhlükəsizliyi məsələlərində əsas aktorlardan birinə çevrilməkdədir. Bütün kanalları eyni anda bağlamaq olmaz, bu, proseslərdə tıxanma yarada bilər və düzgün yanaşma sayılmır. Bu kontekstdə, Ərəb dənizində və Fars körfəzində sanksiyalar və qadağalar siyahısı artırsa da, Çinə qarşı artıq kifayət qədər güclü ticarət savaşı gedir”. 


Ə.Əlibəyli Azərbaycan və ya başqa strateji bir nöqtəni tamamilə bağlamağın mümkün olmadığını vurğulayıb. 

O bildirib ki, bu baxımdan proses diqqətlə izlənilir. Təbii neftin qiyməti ilə bağlı müəyyən problemlər və ciddi qarşıdurmalar yaşana bilər və bu tendensiya bir müddət davam edəcək. Amma Azərbaycan üçün bu kimi təhlükələr gözlənilmir.

Fidan Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri