ABŞ İran qarşısında çıxılmaz vəziyyətdədir Almaniya kansleri
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ-ın İranla bağlı siyasətində aydın strategiya müşahidə olunmur və mövcud vəziyyət Vaşinqton üçün çətinlik yaradır.
"Unikal" xəbər verir ki, bu barədə “N-TV” portalı məlumat yayıb.
Onun sözlərinə görə, hazırda ABŞ-ın hansı istiqamətdə hərəkət edəcəyi qeyri-müəyyəndir:
“Amerikalıların konkret strategiyası görünmür. İran tərəfinin danışıqları necə apardığını nəzərə alsaq, Vaşinqtonun hansı çıxış yolunu seçəcəyini demək çətindir”.
Kansler vurğulayıb ki, ABŞ xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ciddi siyasi təzyiqlə üzləşir.
Fridrix Merts həmçinin Əfqanıstan və İraq münaqişələrini xatırladaraq qeyd edib ki, əsas problem hərbi proseslərin necə tamamlanacağıdır. Onun fikrincə, İrana qarşı mümkün hərbi addımlar kifayət qədər düşünülmüş sayılmaya bilər.
Siyasətçi gərginliyin tezliklə sona çatacağına ümid etdiyini desə də, mövcud vəziyyətdə bunun real görünmədiyini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 27 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















