Icma.az
close
up
RU
ABŞ İran toqquşmasının təkrarlanması qaçılmazdır

ABŞ İran toqquşmasının təkrarlanması qaçılmazdır

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Cənub qonşumuz İranla bağlı qlobal miqyasda baş verən hər bir gəlişmə bizim də daimi diqqət mərkəzimizdədir. Bu baxımdan ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinin İran ilə bağlı ABŞ-a "çox güclü" bir vəd verdiyini, onun İranın hərbi arsenalını gücləndirməyəcəyinə, bu ölkəyə hərbi texnika və silah göndərməyəcəyinə dair öhdəlik götürdüyünü bildirməsi həqiqətən də çox diqqətçəkici bir bəyanatdır. Elə Trampın özü də bunu "çox böyük bir bəyanat" kimi qiymətləndirib. Lakin bunun aldadıcı bir manevr olduğu ehtimalı da yox deyil. Yəni ki, Çin lideri bu vədinə əməl edəcəkmi, yoxsa, bu, sadəcə olaraq Trampın öz-özünü aldatmasıdır tipli sualların ortaya çıxması təbiidir.
Ona görə də bu məsələni iki tərəfdən nəzərdən keçirmək olar. Birinci variant budur ki, Çin rəhbərliyi bu vədi verməklə həqiqətən də çox hiyləgər diplomatik manevr edib. Rusiya və ABŞ kimi Çin də çox vaxt “ikiüzlü diplomatiya” (ikili standartlar) strategiyasından istifadə edir. İndiki halda isə, Çin rəhbəri bir tərəfdən ABŞ-a açıq şəkildə öhdəlik verir, digər tərəfdən isə İranla bağlı öz maraqlarını qorumaq üçün dolayı yollar tapır. Çünki Çin üçün hazırda əsas prioritetlərdən biri ABŞ-la birbaşa, açıq qarşıdurmadan qaçmaq və öz iqtisadi inkişaf tempini qorumaqdır. Buna görə də Pekin İrana açıq şəkildə silah göndərməyə risk etməz. Amma dolayı yollarla – texnologiya, ikili təyinatlı məhsullar, ya da üçüncü ölkələr vasitəsilə – müəyyən dəstəklər mümkündür. Bu, beynəlxalq siyasətdə tez-tez rast gəlinən praktikadır.
Çin, İranla münasibətlərini heç bir halda tamamilə kəsmək istəməz, çünki ortada enerji, regional balans və geosiyasi maraqlar var. Çin üçün İran enerji bazarı və Orta Şərqdəki mövqelər strateji əhəmiyyət daşıyır. Bu maraqları ABŞ-a görə tamamilə qurban vermək Pekin üçün çox çətin olardı. Ona görə də ABŞ-la açıq qarşıdurmadan qaçmaq üçün Çin silah və texnologiya transferini rəsmi kanallarla etməyəcək. Amma üçüncü ölkələr vasitəsilə ikili təyinatlı məhsulların və ya “kommersiya” adı altında texnologiyaların ötürülməsi tamamilə mümkündür. Bu mənada, gizli yollarla İranın dəstəklənməsi daha real görünür. Geosiyasi balansı qorumaq üçün də, bu, çox vacibdir. Çin "Şərq müdrikliyi" nümayiş etdirərək həmişə belə balansı qorumağa çalışıb, həm Qərblə münasibətləri pozmamaq, həm də öz geosiyasi tərəfdaşlarını tam tərk etməmək yolunu tutub. İran da Rusiya kimi Çinin əsas geosiyasi müttəfiqlərindən biri hesab olunur. Bu kontekstdə, Çinin sözügedən tarazlığı qorumaq üçün daha çox gizli yollar seçəcəyi şübhəsizdir. Bizim xalq məsəli ilə desək, bu, lap "nə şiş yansın, nə kabab" taktikasına oxşayır.
Belə bir hiyləgər gediş, əslində, Trampı da qane edir. Trampın bəyanatının xarakteri də məhz buna hesablanıb. ABŞ liderinin “çox böyük bir bəyanatdır” deməsi onun siyasi üslubuna uyğundur. Çünki Tramp, adətən, bu cür razılaşmaların miqyasını və əhəmiyyətini qəsdən böyüdərək özünü güclü lider kimi göstərməyə çalışır. Amma əsl həqiqətdə isə, bu, Si Cinpin tərəfindən ABŞ-Çin münasibətlərində gərginliyi azaltmaq üçün verilmiş diplomatik jest xarakterli bir bəyanatdır. Yəni, Çin lideri ABŞ-a publik, açıq şəkildə verdiyi vədə əməl etməyə çalışacaq, amma bu, İrana heç bir dəstək olmayacağı anlamına gəlmir. Başqa sözlə desək, Si Cinpinin bu vədini daha çox İrana “görünən səviyyədə” silah göndərməmək öhdəliyi kimi başa düşmək olar. Deməli, Çinin dolayı yollarla İrana dəstəyi yenə də davam edəcək.
Həmçinin Rusiya da İrana hərbi-texniki dəstəyindən imtina etməyəcək. ABŞ isə çox təəssüf ki, bu gün nə Çinin, nədəki Rusiyanın İrana hərbi dəstəyini tam şəkildə dayandırmaq iqtidarında deyil. Trampın yol verdiyi ağır səhvlər ABŞ-ın həm Çinə, həm də Rusiyaya təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldıb. ABŞ-ın İranla son hərbi qarşıdurmada məqsədlərinə tam çata bilməməsi isə molla rejiminin regionda getdikcə daha aqressiv, militarist siyasət yürütməsi üçün zəmin yaradıb. Trampın yarıtmaz siyasəti İranı bütün region üçün (xüsusən də Körfəz-ərəb ölkələri üçün) daha böyük təhdid mənbəyinə çevirib. Bu baxımdan, Trampın Si Cinpinin dilindən İrana silah göndərməmək vədini alması, əslində, böyük ölçüdə heçnəyi dəyişmir. Odur ki, qarşıda növbəti ABŞ-İran toqquşmasının təkrarlanması qaçılmazdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 May 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri