Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

ABŞ, İran və İsrail Bakıda: Masada nə var

ABŞ, İran və İsrail Bakıda: Masada nə var

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezident İlham Əliyevin yürütdüyü çevik və praqmatik çoxvektorlu diplomatiya nəticəsində Azərbaycan son illərdə həm regional, həm də beynəlxalq münasibətlər sistemində strateji çəkisini əhəmiyyətli dərəcədə artırıb. Milli maraqlara əsaslanan bu siyasət Bakıya yalnız mövcud reallıqlara uyğunlaşmaq deyil, eyni zamanda yeni geosiyasi reallıqlar formalaşdırmaq imkanı verib”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, müstəqil və balanslaşdırılmış xarici siyasətin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın sülh, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf naminə formalaşmaqda olan yeni dünya nizamında fəal iştirakçı kimi çıxış etməsinə zəmin yaradır. “Bu yanaşma Bakını regional aktordan qlobal miqyasda söz sahibi olan ciddi siyasi mərkəzə çevirir”, - o vurğulayıb.

 İ.Yusifovun fikrincə, Azərbaycanın xarici siyasət kursunun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, Bakı bu gün bir-biri ilə rəqabət və hətta açıq qarşıdurma vəziyyətində olan dövlətlər üçün təhlükəsiz dialoq və əməkdaşlıq məkanına çevrilib: “ABŞ, İran və İsrail kimi maraqları tez-tez toqquşan aktorların nümayəndələrinin qısa zaman kəsiyində Bakıya səfərləri bunun bariz göstəricisidir.

Bu fakt Azərbaycanın diplomatik balansı qorumaq bacarığının və etimad kapitalının nə qədər yüksək olduğunu ortaya qoyur. Bakı nə tərəflərdən birinin forpostuna çevrilir, nə də passiv müşahidəçi mövqeyi tutur. Əksinə, Azərbaycan vasitəçi, əlaqələndirici və gərginliyi azaldan aktor rolunda çıxış edir”.

İran-İsrail qarşıdurması fonunda Azərbaycanın həssas balansı
O əlavə edib ki, Azərbaycan üçün İranla münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq deyil, eyni zamanda tarixi, mədəni, dini və humanitar bağlara əsaslanır: “Rəsmi Bakı dəfələrlə İranda sabitliyin region üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb və gərginliyin dərinləşməsindən narahatlığını açıq şəkildə ifadə edib.

Eyni zamanda Azərbaycan İsrail ilə konstruktiv, praqmatik və strateji tərəfdaşlıq modeli formalaşdırıb. Enerji, təhlükəsizlik, yüksək texnologiyalar və innovasiya sahələrində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı hazırda İsrail ilə dialoqda Türkiyənin maraqlarını da nəzərə alan əlaqələndirici rol oynayır. Türkiyə–İsrail münasibətlərinin Qəzza faktoru səbəbilə mürəkkəbləşdiyi bir dövrdə bu rol Azərbaycanın diplomatik çəkisini daha da artırır.

Yüksək səviyyəli səfərlər: diplomatiyanın real nəticələri

İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin 23–24 yanvar tarixlərində Bakıya səfəri etimadın möhkəmləndirilməsi, regional sabitlik və birgə infrastruktur layihələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Görüşlər zamanı İran tərəfinin mövcud daxili vəziyyətlə bağlı məlumat verməsi və Azərbaycanın sabitliyə dəstək mövqeyi Bakının məsuliyyətli regional aktor olduğunu bir daha nümayiş etdirdi.

Bundan cəmi bir neçə gün sonra İsrail xarici işlər naziri Gideon Saarın 26 yanvar tarixli səfəri təhlükəsizlik, iqtisadiyyat, texnologiya və süni intellekt sahələrində tərəfdaşlığın strateji xarakter daşıdığını təsdiqlədi. Prezident İlham Əliyevin Gideon Saar ilə görüşündə Davosda keçirilmiş əvvəlki təmasların davamı olaraq ikitərəfli gündəlik ətraflı müzakirə olundu.
Nazir Ceyhun Bayramovun həm İsrail, həm də İran nümayəndələri ilə apardığı danışıqlar Azərbaycanın diplomatik xəttinin institusional səviyyədə də uğurla icra edildiyini göstərir.

ABŞ ilə strateji tərəfdaşlıq və qlobal ölçü

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə İşçi Qrupunun fəaliyyəti Bakının xarici siyasətinin qlobal komponentini daha da gücləndirir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə, terrorçuluqla mübarizə, süni intellekt və rəqəmsal infrastruktur kimi sahələrdə aparılan müzakirələr Azərbaycanın Qərb üçün də əvəzolunmaz tərəfdaş olduğunu göstərir.
Bu əməkdaşlıq nə Rusiya, nə İran, nə də digər regional aktorlarla münasibətlərə qarşı yönəlməyib. Əksinə, bu, Azərbaycanın milli maraqlara əsaslanan balans siyasətinin tərkib hissəsidir”.

İ.Yusifov  hesab edir ki,  yürüdülən bu uğurlu diplomatiya Azərbaycanın “orta güc” statusunu möhkəmləndirir:

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu çoxvektorlu diplomatiya Azərbaycanın mürəkkəb qlobal və regional geosiyasi proseslərdə “orta güc” aktoru kimi çıxış etməsinə real imkanlar yaradır. Bakı artıq yalnız proseslərə reaksiya verən deyil, proseslərə təsir göstərən, gündəlik formalaşdıran siyasi mərkəzdir.

Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə paralel olaraq Azərbaycan Yaxın Şərqdən Avropaya qədər uzanan geniş coğrafiyada sabitliyə, təhlükəsizliyə və dialoqa töhfə verir. Bu kurs ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yerini daha da möhkəmləndirəcək və qarşıda duran strateji hədəflərə çatmaq üçün möhkəm zəmin yaradacaq”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri