Icma.az
close
up
RU
ABŞ İrana hərbi zərbələrin intensivliyini artıracaq PROQNOZ

ABŞ İrana hərbi zərbələrin intensivliyini artıracaq PROQNOZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"ABŞ–İsrail tandeminin İranda xalq etirazlarını alovlandırmaq planı baş tutmadı".

Bunu "Sherg.az" a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. 

 İsrailin baş naziri Benjamin Netanyahunun İran xalqına növbəti müraciətini xatırladan politoloq deyib ki, İsrailin mülki obyektləri vurması İran cəmiyyətində İsrailə qarşı qəzəbi artırır. Buna görə də xalqın İsrail və ABŞ təhriki ilə kütləvi şəkildə meydanlara çıxacağı gözlənilmir:

"Uzun illər ərzində İran rejimi ABŞ və İsrail haqqında düşmən obrazı formalaşdırıb. Hazırda məhz həmin iki dövlətin İrana qarşı hərbi əməliyyatlar aparması bu təbliğatı daha da gücləndirir. Buna görə də İran cəmiyyəti müharibə şəraitində rejimə qarşı kütləvi şəkildə çıxış etməyə meyilli görünmür. Əslində ABŞ və İsrail bir neçə ay gözləmə mövqeyində qalsaydılar, iqtisadi və sosial vəziyyətin ağırlaşması fonunda xalqın yenidən etirazlara qalxması ehtimalı daha yüksək ola bilərdi. İranın kürdlərin sıx yaşadığı Kirmanşah şəhərində əhalinin yeni dini lideri dəstəkləmək üçün meydanlara çıxması diqqət çəkir. Halbuki İsrail kürd qruplarından İrana qarşı hərbi əməliyyatlarda istifadə etməyə çalışırdı. Beləliklə, ABŞ və İsrailin İran daxilində etiraz dalğası yaratmaq və daxili silahlı qarşıdurma formalaşdırmaq planı reallaşmadı. Bu isə rejimin hakimiyyətdə qalmasına və müharibənin davam etməsinə şərait yaradır".

Politoloqun fikrincə növbəti mərhələdə ABŞ və İsrailin İranın iqtisadi infrastrukturunu hədəfə alması ehtimalı artır:

" İsrailin Qəzza zolağında tətbiq etdiyi taktikanı İranda da təkrarlayaraq mülki obyektlərə, humanitar və iqtisadi infrastruktura zərbələr endirməyə çalışması mümkündür. Bu isə Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarına səbəb ola bilər. Eyni zamanda İranın da İsrail ərazisində oxşar ssenarini tətbiq etməsi istisna deyil. Belə bir vəziyyət İsraildə Benyamin Netanyahu əleyhinə etirazların güclənməsinə gətirib çıxara bilər. Müharibənin nəticəsi həm ABŞ prezidenti Donald Trump, həm də Netanyahu üçün ciddi siyasi risklər yaradacaq. Həlak olan İranın ali dini lideri Ali Xameneinin yerinə oğlu Muctaba Xamenei-nin gətirilməsi ABŞ və İsrail üçün psixoloji-siyasi zərbədir. Halbuki, onun öldüyünü elan etmişdilər. ABŞ və İsrail əsasən hava zərbələri ilə İranı zəiflətməyə çalışacaq. Quru əməliyyatları isə ABŞ üçün Viyetnam müharibəsi və Əfqanistan (2001–2021) kimi uzunmüddətli və ağır nəticələr doğuran münaqişələrə bənzər vəziyyət yarada bilər. ABŞ mart ayının sonuna qədər İrana qarşı hərbi zərbələrin intensivliyini artıracaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Mart 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri