Icma.az
close
up
RU
ABŞ İrana hücum etməyə hazırlaşır ŞOK DETALLAR

ABŞ İrana hücum etməyə hazırlaşır ŞOK DETALLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlayacağına dair məlumatlar artır.

Bununla bağlı ABŞ və Qətər arasında imzalanmış “Təhlükəsizlik paktı” Tramp administrasiyasının İrana hücuma hazırlaşdığını təsdiqləyir.

Qeyd edək ki, sözügedən sənədə görə, ABŞ Qətərin təhlükəsizliyinin təmantçısına çevrilir. Qətər ərazisinə hər hansı hücum ABŞ-nin təhlükəsizliyinə təhdid hesab olunacaq.

Paktda daha çox diqqəti çəkən isə İranın adının çəkilməsi olub. Doha ilə bu “Təhlükəsizlik paktı” o deməkdir ki, Vaşinqton Qətərdən İrana, Yəmənə, Əfqanıstandakı “Bəhram”a və ya digər hədəflərə qarşı gələcək zərbələr üçün tramplin kimi istifadə edə bilər. 

Bu razılaşma ABŞ-nin Qətər ərazisindən İrana hərbi zərbələr endirəcəyi barədə qənaəti möhkəmlədib. Nəticədə, rəsmi Tehran və Doha arasında ciddi gərginlik yaranıb. Çox güman ki, hərbi əməliyyatlar başlanacağı halda İran Qətər ərazisinə raketlərlə zərbə endirəcək. 

Bu arada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-yə xəbərdarlıq edib: 

“Əgər ABŞ hər gün dəfn mərasimlərini görmək istəyirsə, İrana hücum etsin”, -deyə Laricani bildirib.

ABŞ KİV-ləri sentaybrın 30-da müharibə naziri Pit Heqsetin ali hərbi komandanlıqla 8 000 nəfər yüksək rütbəli zabitlə keçirilən görüşünün qapalı hissəsində gələcək müharibənin planlarının və ya ssenarilərinin müzakirə olunduğunu ehtimal edir.

Eyni zamanda, ABŞ-nin elan edilmiş “güc vasitəsilə sülh” strategiyasının həyata keçirilməsi zamanı ən çox ehtimal olunan hərbi rəqibinin iyun ayında İsrailin, sonra isə Amerikanın bombardmanlarına məruz qalan İran ola biləcəyinə dair sübutlar artmaqdadır.

Bu baxımdan, ABŞ-nin son günlər Yaxın Şərqdə hərbi fəallığının artması diqqəti cəlb edir. Xüsusilə Pentaqon orada havada yanacaq dolduran təyyarələr yerləşdirir. Bəziləri artıq Qətərdəki aviabazaya gəlib, bəziləri isə Britaniya bazalarından uçuşu gözləyir. ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi

“Cerald Ford” və onun daşıyıcısının zərbə qrupu da bölgəyə hərəkət edir.

O, artıq Cəbəllütariqdən keçib və Aralıq dənizindən şərqə doğru irəliləyir. Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Donald Tramp İranın nüvə obyektlərinə ABŞ-nin son zərbələrini xatırladıb:

“Bu gün keçmiş İran komandanlarının çoxu deyərdim ki, demək olar ki, hamısı artıq aramızda deyil. Onlar ölüblər”, - o, qürurla əlavə edib.

Lakin yüksək səviyyəli İran liderlərinin Nyu-York, Moskva və Tehranın müxtəlif məkanlarında verdiyi bəyanatlar İranın nüvə obyektlərinə endirilən zərbələrin əks effekt verdiyini göstərir. 

İran tərəfi açıq şəkildə bəyan edir ki, onun nüvə proqramları davam edəcək. Hazırkı mərhələdə Tehran Vaşinqtonla birbaşa dialoqu da istisna edib.

“Hazırda ABŞ hökuməti ilə danışıqlar İranın milli maraqlarına heç bir şəkildə kömək etməyəcək, heç bir fayda gətirməyəcək və bizi heç bir şərdən qoruya bilməyəcək”, - deyən İranın ali lideri ABŞ-la dialoqu “dalan nöqtə” adlandırıb.

Xameneyi bəyan edib ki, bu danışıqlar ABŞ Prezidenti üçün faydalıdır. O, başını qaldırıb “İranı hədələdim, gətirdim və danışıqlar masasına oturtdum” deyəcək. Ona görə də ali lider ABŞ ilə danışıqları İran üçün fəlakət hesab edib.

Bu fonda “The Washington Post” peyk şəkillərinə və adıçəkilməyən analitiklərə istinadən ABŞ və İsrailin zərbələrindən sonra İranın Natanz nüvə mərkəzinin cənubunda gizli yeraltı hərbi obyektin tikintisini sürətləndirdiyini yazıb. 

Qəzetin məlumatına görə, ərazidə tunel tikintisi 2020-ci ilin dekabrında başlayıb və bu ilin ikinci yarısında sürətlənib. 

“The Washington Post” qəzeti qeyd edir ki, tunellərin dərinliyi və ölçüsü uranın zənginləşdirilməsi və ya təhlükəsiz saxlanması üçün nəzərdə tutulduğuna dair analitiklər arasında narahatlıq yaradıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri